Icma.az
close
up
RU
Azərbaycan travmatoloqları Çində Bakıya Robotik Naviqasiya gətirilir

Azərbaycan travmatoloqları Çində Bakıya Robotik Naviqasiya gətirilir

Medicina saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Azərbaycanla Çin arasında əlaqələr prezident İlham Əliyevin səfəri və iki ölkə arasında VİSA rejimi ləğv olunduqdan sonra günbəgün artır.

“Medicina” xəbər verir ki, bu dəfə azərbaycanlı travmatoloqlar Pekinə seminarda iştirak üçün işgüzar səfərdə olublar.

Beynəlxalq Artoplastika Seminarı 2025-ə qatılan travmatoloqların konfransda çıxışları da baş tutub.

Travmatoloq Sənan Aşırov Pekin səfərində diqqət çəkən məqamlardan və Bakıya hansı yenilikləri gətirəcəyi barədə açıqlama verib.

“Pekin səfərimizdə revizion diz, bud–çanaq endoprotez əməliyyatlarının Robotic Naviqasiyanın dəstəyi ilə icra edilməsi texnologiyası ilə tanış olduq. Bu təlimlərin əsas məqsədi mürəkkəb revizion əməliyyatlarda daha dəqiq texniki bacarıqlar əldə etmək və robotik cərrahiyyənin verdiyi üstünlükləri klinik praktikaya tətbiq etməkdir.

Eləcə də Pekin universitetinin professor heyəti ilə əməliyyatlarda birbaşa iştirak şansı da yarandı.

Çin bu gün tibdə texnologiya, kompüterləşmə və marketinqi ilə çox irəlidədir. Təqdim olunan robotik navigasiyada həkim əvvəlki qaydada əməliyyatını icra edir, sadəcə robotun köməyilə ilə kəsilmə, yonulma və s. millimetr dəqiqliyi ilə hesablanır, ölçülür. Burda artıq gözəyarı işləmək, texniki səhv qeyri-mümkündür.

Bu texnologiyaları Azərbaycana gətirməyin zamanı yetişib.

Tezliklə Bakı Sağlamlıq Mərkəzinə bu texnologiya gətiriləcək”.

Həkim bildirdi ki, Azərbaycan prezidentinin Çinə səfərindən sonra Azərbaycana münasibət və maraq çox yaxşıdır.

“Çin şirkətlərinin Bakıya marağı artıb. Onlar bizi bir neçə məqsədlə dəvət ediblər, həm biz öz bacardığımızı göstərək, həm də onlar yeni texnologiyalarını təqdim etsinlər.

Diqqətimi çəkən müasir avadanlıq, texnologiya çox bahalıdır, bizdə hələ yoxdur, amma burda az qala hər xəstəxanasında var.

Bu gün dünyanın bütün markaları, brendləri Çində istehsal olunur. Sadəcə Avropada qablaşdırılır. Bu gün Çin avtomobilləri Bakıda digərlərindən daha çox satılır. Bir neçə ilə Çin bir çox sahələrdə bazarda lider olacaq. Həkim olaraq deyim ki, Çinli həkimlər beyin və əl qabiliyyəti olaraq bizim həkimlərdən fərqlənmirlər. Bizim cərrahlar əksinə daha üstündür. Sadəcə, əl altında yüksək səviyyəli texnologiyaları var.

Çin istehsalçıları bu gün travmatologiyaya aid hər şey istesahsal edir, hər keyfiyyətdə endoprotezləri var. Bir cəhətləri yaxşıdır ki, aldatmırlar, yanıltmırlar, 3 variantda məhsul təqdim edirlər: ucuz, orta və bahalı. Seçim imkanları genişdir. Azərbaycanda tezliklə tətbiq olunmasını gözləyirik”.



Aygün Musayeva

MEDİCİNA.AZ


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 18 Sentyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri