Icma.az
close
up
RU
Mehriban Vəliyevanın təşəbbüsü ilə Sumqayıtda ödənişsiz hüquqi yardım aksiyası keçirilib

Mehriban Vəliyevanın təşəbbüsü ilə Sumqayıtda ödənişsiz hüquqi yardım aksiyası keçirilib

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın təşəbbüsü əsasında Milli Məclis ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında qurulmuş əməkdaşlıq çərçivəsində ölkənin müxtəlif regionlarında vətəndaşlar üçün ödənişsiz hüquqi məsləhət və yardım aksiyaları təşkil olunur. Bu nəcib təşəbbüsə Milli Məclisin deputatı Mehriban Vəliyeva da qoşularaq Sumqayıt Regional Vəkillər Bürosunun dəstəyi ilə Sumqayıt şəhərində pulsuz hüquqi yardım aksiyası təşkil edib. Aksiya Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının qərargahında keçirilib. Tədbir çərçivəsində deputat Mehriban Vəliyeva və Sumqayıt Regional Vəkillər Bürosunun direktoru Anar Qasımlı hüquqi yardım almaq üçün müraciət edən vətəndaşlarla görüşərək aksiyanın məqsədi və mahiyyəti barədə ətraflı məlumat veriblər. Deputat Mehriban Vəliyeva çıxışında bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq bölgələrdə şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə hüquqi dəstəyin göstərilməsi dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyəti var və bu istiqamətdə görülən işlər davamlı xarakter daşıyır. Daha sonra Sumqayıt Regional Vəkillər Bürosunun peşəkar vəkilləri – Səadət Vəliyeva, Gülnur Qasımlı, Tural Məmmədov və Rüstəm Xələfli tərəfindən vətəndaşlar qəbul edilərək onlara ödənişsiz hüquqi yardım göstərilib. Aksiya zamanı vətəndaşlara hüquqi məsələlərlə bağlı şifahi məsləhətlər verilib, müxtəlif dövlət və digər qurumlara ünvanlanmış yazılı müraciətlər və iddia ərizələri hazırlanıb, eləcə də digər pulsuz hüquqi xidmətlər təqdim olunub.
Qeyd edək ki, aksiya çərçivəsində 20-dən artıq vətəndaş pulsuz hüquqi yardımdan yararlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://adalet.az
archiveBu xəbər 28 Yanvar 2026 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see342

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see220

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see188

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see174

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see171

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri