Icma.az
close
up
RU
Azərbaycan Türkiyə dostluğu inkişaf edir Bunu edənlər isə bəzi dairələrdir

Azərbaycan Türkiyə dostluğu inkişaf edir Bunu edənlər isə bəzi dairələrdir

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər Azərbaycan-Türkiyə münasibətləri dostluq və yüksək səviyyəli tərəfdaşlıq formatında inkişaf edir. Bununla belə, vaxtaşırı Türkiyədə bəzi siyasi dairələr Azərbaycana qarşı qərəzli kampaniyalara rəvac verirlər.

Bu fonda hələ ötən əsrin əvvəllərində nəinki bəzi Türkiyə vətəndaşlarının, hətta yüksək səviyyəli məmurlarının iştirakı ilə ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycanda bir neçə dəfə dövlət çevrilişinə cəhdlərini xatırlamamaq mümkün deyil.

Həmin şəxslərin bilavasitə iştirakı ilə birinci belə cəhd 1994-cü ilin oktyabrında, ikincisi isə altı ay sonra, 1995-ci ilin mart ayında olub.

Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) 60 məmurunu dövlət çevrilişinə hazırlamaq məqsədi ilə 1994-cü il dekabrın ortalarında Azərbaycana gələn Türkiyənin Milli Kəşfiyyat Təşkilatının təmsilçisi Korkut Eken, İbrahim Şahin və Türkiyənin Özəl Hərəkat Dairəsi Başkanlığının təmsilçisi Ayxan Çarxın və Abdullah Çatlının daxil olduğu qrup Azərbaycana gəldi. Onların Azərbaycana XTPD-nin komandiri Rövşən Cavadov tərəfindən dəvət olunduğu müəyyənləşdi.

1995-ci il martın 17-də Türkiyədəki müəyyən dairələrin dəstəklədiyi və istiqamətləndirdiyi qiyamçılar  Azərbaycan Prezidenti aparatı binasını ələ keçirmək və dövlət başçısına qarşı terror aktı törətmək məqsədi ilə ora hücum etdilər. Ölkə rəhbərliyinin qətiyyəti, Silahlı Qüvvələrin və hüquq-mühafizə orqanlarının operativ fəaliyyəti nəticəsində bu cəhdin qarşısı alındı. Lakin dövlət asayişinin keşiyində dayanan qüvvələrlə  sui-qəsdçilər arasında toqquşma nəticəsində itkilər oldu.

Maraqlıdır ki, hadisənin ertəsi gün tapılan bəzi məktublar və sənədlər çevriliş cəhdində Azərbaycanda yaşayan Türkiyə vətəndaşı Fərman Dəmirqolun fəal iştirak etdiyini üzə çıxardı. Xatırladaq ki, hüquqşünas və alim kimi qələmə verilən, sonradan isə Türkiyə kəşfiyyatına sıx bağlı olduğu aşkarlanan bu şəxs Xalq Cəbhəsinin hakimiyyəti dövründə Azərbaycan parlamentinin müşaviri təyin edildi. Həmin vaxt bəzi yüksək vəzifəli məmurların dəstəyini qazananan Fərman Dəmirqol hətta Bakı Dövlət Universitetinin Hüquq fakultəsində professor statusu alaraq müəllim kimi də çalışıb.

Həmin vaxtlar Azərbaycanın Dövlət telekanalında mütəmadi çıxışlar üçün Xalq Cəbəhsindən kart-blanş alan Fərman Dəmirqol bizim cəmiyyətə müstəqil və demokratik dövlət yaratmaq dərsi keçmək iddiasında idi. Belə verilişlərdən birində iştirak edən bəndeyi-həqiriniz onunla hətta kiçik bir debatda da bulunub. 1995-ci ilin mart hadisələri göstərdi ki, Dəmirqolların məqsədləri əslində bizim cəmiyyətə “böyüklük” etmək iddiası olub.

Yeri gəlmişkən, Türkiyənin  Mədəniyyət və Turizm Nazirliyi nəzdində olan Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndəsi kimi Azərbaycanda çalışan Fərman Dəmirqol Türkiyənin ölkəmizdək səfiri Altan Karamanoğlundan aylıq maaş da alıb. Qeyd edək ki, TİKA öz xarici ofisləri vasitəsilə Türkiyənin xarici yardımlarının təşkili ilə məşğul olub. 1995-ci ilin martında Azərbaycanda dövlət çevrilişinə cəhddən sonra Fərman Dəmirqol kimilərinin həmin vəsaitləri kimlərə və nə üçün xərclədikləri ifşa olundu.

Çevriliş cəhdindən dörd-beş ay hətta Türkiyədən bəzi təlimatlar almış sui-qsədçilər Azərbaycanın keçmiş prezident Əbülfəz Elçibəyin yaşadığı Kələki kəndinə gələrək ona dövlət çevriliindən sonra ölkədə Dövlət Şurasının yaradılacağını bildirmişdilər. Ən maraqlısı isə budur ki, Dövlət Şurasına Türkiyə vətəndaşı olan Fərman Dəmirqolun, Əbülfəz Elçibəyin və həmin vaxt beş ildən çox idi ki, Moskvada yaşayan keçmiş prezident Ayaz Mütəlibovla yanaşı bir neçə şəxsin daxil olacağı planlaşdırılırdı. Xalq Cəbhəsi hakimiyyəti dövründə Xarici İşlər Naziri vəzifəsində çalışmış Müsavat Partiyasının üzvü Tofiq Qasımov da bu sui-qəsdin iştirakçıları arasında idi.

Onda Azərbaycan Prezidenti Heydər Əliyev XTPD-nin rəisi Rövşən Cavadovun bu qiyamı dayandırması üçün onun atasını danışığa dəvət etdi və  o da oğlunu buna inandırmağa çalışdı. Həmin vaxt Rövşən Cavadovun ətrafındakı adamalrın arasında kim olsa yaxıdır? Bəli, bu dövlət çevrilişinin ən fəal iştirakçılarından biri olan Fərman Dəmirqol. Müstəqil Azərbaycanda demokratik cəmiyyətin yaradılmasına dəstək pərdəsi altında ölkəmizdə dövlət çevrilişini hazırlayanlardan biri.

Həbs olunduqdan sonra qalan bir çox digər sənədlər arasında Fərman Dəmirqolun dövlət çevrilişində iştirakını təsdiqləyən sənəd tapılsa da, o, Azərbaycandan çıxa bildi. Bunda onu gizlədə bilən Azərbaycandakı bəzi türk rəsmilərinin, o cümlədən Türkiyənin Azərbaycandakı ovaxtkı səfiri Altan Karamanoğlunun böyük rol oldu.

Həmin hadisələrə görə həbs olunanlar arasında başqa bir Türkiyə vətəndaşı, Kənan Gürel də var idi. Ümumiyyətlə isə, həmin dövlət çevriliş cəhdində bir neçə türk rəsmisi də iştirak edirdi.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının 1996-cı ildə açıqladığı  məlumatlara görə, həmin vaxt Türkiyənin baş naziri olmuş Tansu Çillər nazir Ayvaz Gökdemirə, polis rəhbəri Mehmet Ağara, İbrahim Şahinə və Korkut Ekenə Elçibəyi yenidən prezident kürsüsünə qaytarmaq üçün əməliyyata başlamağa xeyir-dua verib. Eyni zamanda, Elçibəyin ideoloji müttəfiqi olmuş Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) ovaxtkı lideri Alparslan Türkeş də Azərbaycanda dövlət çevrilişinə cəhd edənləri dəstəkləmişdi.

Bundan əlavə, Tansu Çillərin baş məsləhətçiləri Acar Okan və Süleyman Kamil Yüceoralın da Azərbaycanda çevriliş cəhdi ilə əlaqəli olduqları aşkarlandı. Maraqlıdır ki, həmin hadisəni araşdıran Türkiyənin Susurluq Kommissiyasının üzvü Fikri Sağlar bildirib ki, türkiyəli rəsmilərin məqsədi Əfqanıstandan başlayan narkotik marşrutunu qorumaq olub. Onun sözlərinə görə, Yüceoral hətta bunun üçün Əfqanıstanda general Əbdül Rəşid Dustuma pul da ödəyib.

Sözsüz ki, Türkiyə vətəndaşlarının və rəsmilərinin Azərbaycanda dövlət çevrilişi cəhdinə verdikləri dəstək iki ölkə arasında ciddi diplomatik böhrana səbəb oldu.

Bununla belə, o vaxt Azərbaycan Prezidenti Heydər Əliyev həmin qiyamda türkiyəli vətəndaşların və yüksək vəzifəli məmurların iştirakı barədə məlumatı ictimailəşdirməməyi barədə Ankaranın xahişini nəzərə aldı. Lakin sonradan Türkiyə mətbuatında açıqlanan məlumatlardan sonra həmin şəxslərin əslində Azərbaycana qarşı xəyanətkar mövqedə dayandıqlarını faş edən cidanı çuvalda gizlətmək mümkün olmadı.

Yeri gəlmişkən, sonradan Bakıya gələn Tansu Çillər özü Heydər Əliyevdən Türkiyədəki sağçı qüvvələrə görə üzr istəmişdi. Lakin Əliyev 1998-ci ildə Türkiyə mətbuatına verdiyi müsahibədə çox haqlı olaraq Tansu Çilləri bu hadisələrdə iştirak etməkdə günahlandırdı.

Əslində, həmin vaxt Türkiyənin siyasi isteblişmentində Azərbaycanda dövlət çevrilişi həyata keçirmək cəhdlərinin təməlində əsasən iqtisadi maraqların dayandığı heç də sirr deyil. Belə ki, ideoloji ehkamların əsiri olan və praqmatik siyasət anlayışından xəbərsiz Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Azərbaycanın Türkiyə ilə iqtisadi münasibətləri əsasən birtərəfli idi: mallar yalnız Azərbaycandan Türkiyəyə axırdı. Bəndeyi-həqiriniz müstəqilliyimizin ilk illərində yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın varidatının Türkiyə də daxil olmaqla yaxın və uzaq ölkələr tərəfindən necə tarimar olduğunu yaxşı xatırlayır. Lakin Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qaydıdışından sonra vəziyyət köklü şəkildə dəyişdi. Türkiyənin özünün yeni böyük qardaşı olması kimi qəbul etməyən Azərbaycan Türkiyə ilə münasibətləri müstəqil və bərabər əsasda qurmağa başladı.

Hazırda Azərbaycanla Türkiyə arasındakı münasibətlər bir-birlərinin maraqlarına hörmət və onları birgə müdafiə etmək kontekstində inkişaf edir. Lakin görünür bundan qıcıqlanan Türkiyədəki və bəzi ölkələrdəki müəyyən qüvvələr bu reallığı heç cür həzm edə bilmədikləri üçün müxtəlif təxribatlara əl atmaqla bulanıq suda balıq tutmağa çalışırlar.

Sahil İsgəndərov, politoloq

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Oktyabr 2026 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri