Icma.az
close
up
RU
Azərbaycan Türkiyə əlaqələri müzakirə olunub

Azərbaycan Türkiyə əlaqələri müzakirə olunub

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Medianın İnkişafı Agentliyində (MEDİA) Türkiyənin Qars, Ərzurum və İğdırdan olan 15 nəfərdən ibarət media nümayəndə heyəti ilə görüş keçirilib.
Reyting.az
xəbər verir ki, görüşdə MEDİA-nın nümayəndələri, "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev, "Baku TV"nin Baş redaktoru Turan İbrahimov, "Oxu.az" xəbər portalının baş redaktorunun müavini Ülviyyə Gülməmmədova və ölkənin digər media nümayəndələri iştirak ediblər.
MEDİA-nın İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışında qonaqlara Qarabağın işğal dövründə dağıntılara məruz qalması, hazırda gedən bərpa işləri ilə bağlı məlumat verib:
"Qarabağa indi həyat qayıdır. Bu, bizim taleyimizdir, biz bunu yaşayırıq. Bu gün Prezident İlham Əliyev kəndlərin təməlini qoyur. Biz azad olunan ərazilərdə yeni evlər tikirik. Azərbaycan üçün yeni səhifə başlayır, bu həm qürurverici, həm də ağırdır. Çünki bizim 30 ilimiz boşa getdi. Biz artıq zəfərimizin beşinci ildönümünü qeyd edirik. Həmin ərazilərin hər biri qarışı dünyada görülməmiş şəkildə minalalarla çirkləndirilib".
Onun sözlərinə görə, MEDİA beynəlxalq jurnalistlərin azad olunan ərazilərə səfərini təşkil edir:
"Məqsədimiz türk toplumunun yaşadıqlarını görtərmək və həqiqəti daha geniş yaymağa dəstək göstərməkdir".
MEDİA-nın Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov bildirib ki, Azərbaycan və Türkiyə arasında əlaqələr, təkcə media yox, digər sahələrdə də müstəqillik dövründə yüksək mərhələyə çatıb.
"Çətin günlərimizdə qardaş olaraq bir-birimizin yanında olmuşuq. Bunlar qardaşlığımızın tarixi təzahürüdür. Bu əlaqələr gündən-günə dərinləşir. Zəngəzur dəhlizi açıldıqdan sonra bu əlaqələr daha çox intensivləşəcək".
"Yeşil İğdır" qəzetinin baş redaktoru Cabbar Şıktaş qeyd edib ki, Azərbaycana budəfəki gəlişində Qarabağa gedib və 30 il öncə yaşanılan ağrı-acını yenidən hiss edib:
"Biz orada insanlarla söhbətimizdə bunu bir daha hiss etdik. Qarabağa ilk səfərim olmasına baxmayaraq, özümü illər öncə burada olmuş kimi hiss etdim".
Türkiyəli digər jurnalistlər də vurğulayıblar ki, Xocalıda şəhid olanların məzarlarını ziyarət ediblər və 30 il öncə baş verən ağrı-acını yenidən hiss ediblər. Onlar qeyd ediblər ki, Qarabağda qısa müddətdə aparılan bərpa və yenidənqurma işləri olduqca önəmlidir.
Sonda media nümayəndələri Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı səviyyəsini, Zəngəzur dəhlizinin açılması ilə bölgənin inkişafını müzakirə ediblər.
Qeyd edək ki, türkiyəli jurnalistlərin Azərbaycana budəfəki səfəri iki ölkə media əlaqələrinin daha da güclənməsinə, həmçinin azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin beynəlxalq mediada geniş işıqlandırılmasına xidmət edir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:248
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Noyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri