Icma.az
close
up
RU
Azərbaycan Türkiyə ittifaqını hədəfə alan qüvvələr var Politoloqdan AÇIQLAMA

Azərbaycan Türkiyə ittifaqını hədəfə alan qüvvələr var Politoloqdan AÇIQLAMA

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Türk nüfuzunun artması bəzi qüvvələri narahat edir

Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. Sherg.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik deyib. O bildirib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir: “İki dövlət, bir millət. Azərbaycanla bu şüara bağlıyıq.

Hər kəsin öz daxili siyasi gündəmi fərqli ola bilər. Fərqli qiymətləndirmələr də mümkündür. Aramızda fikir ayrılığı yarandıqda bunu iki qardaş ölkə olaraq açıq şəkildə bölüşür və yolumuza davam edirik. Cənab Prezidentimizlə cənab Əliyev arasında həqiqi qardaşlıq münasibətləri var. Aramıza girməyə çalışan bəzi ölkələr var. Buna imkan verməyəcəyik. Türkiyə daxilində bəzi qrupların, bəzi sosial media platformalarının Azərbaycanı yanlış şəkildə hədəfə aldığını görürük. Bunun partiyamız və hökumətimizlə hər hansı əlaqəsinin olması mümkün deyil”.

Mövzunu Sherg.az-a şərh edən Politoloq Oqtay Qasımov Ömər Çelikin açıqlamasını Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətinə və ruhuna uyğun mövqe kimi qiymətləndirib. O, bildirib ki, Ömer Çelik Türkiyə siyasətində, o cümlədən hakim Ədalət və İnkişaf Partiyasında (AKP) mühüm fiqurlardan biridir və Prezident Rəcəb Tayyib Ərdoğana yaxın şəxslərdən sayılır:

“Ömər Çelikin bu məzmunda açıqlama verəcəyi gözlənilən idi. Türkiyə siyasətində uzun illərin təcrübəsindən keçmiş, siyasi prosesləri dərindən bilən şəxslər məsələlərə hər zaman soyuqqanlı yanaşırlar. Ömer Çelik də haqlı olaraq qeyd edir ki, Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışan həm xarici, həm də daxili qüvvələr var. Bu qüvvələr iki ölkə arasındakı qardaşlıq əlaqələrinə xələl gətirmək üçün müxtəlif cəhdlər göstərirlər”.

Oqtay Qasımovun sözlərinə görə, Türkiyə və Azərbaycanın rəsmi şəxsləri, eləcə də prosesləri obyektiv qiymətləndirən sağlam düşüncəli insanlar bu cür təxribatların qarşısını almağa çalışırlar. O vurğulayıb ki, iki ölkə arasında müzakirə edilə və qarşılıqlı anlaşma yolu ilə həllini tapa bilməyən məsələ yoxdur: “Azərbaycanla Türkiyə arasında istənilən məsələni, istənilən vaxt müzakirə etmək və qarşılıqlı anlaşma əsasında həll yolu tapmaq mümkündür. Əlbəttə, biz “Bir millət, iki dövlət”ik. Lakin bu, maraqlarımızın bütün məsələlərdə eyni olması demək deyil. Əksər hallarda maraqlarımız üst-üstə düşür. Fərqli yanaşmalar ortaya çıxanda isə tərəflər öz mövqelərini bir-birinə rahat şəkildə izah edə, ortaq məxrəcə gələ bilirlər”.

Politoloq hesab edir ki, Türkiyənin daxilində özünü dindar kimi təqdim edən, lakin başqa ölkələrin təsiri altında fəaliyyət göstərdiyi iddia olunan bəzi qruplar Azərbaycan əleyhinə əsassız kampaniyalar aparırlar. Onun sözlərinə görə, bu qruplar Fələstinə dəstək ritorikasından istifadə edərək Azərbaycana qarşı mənfi münasibət formalaşdırmağa çalışırlar:

“Azərbaycan-Türkiyə ittifaqının güclənməsi və iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi bəzi regional güclərin maraqlarına uyğun gəlməyə bilər. Həm Türkiyə, həm də Azərbaycanla qonşu olan bəzi dövlətlər iki ölkənin strateji tərəfdaşlığının möhkəmlənməsində maraqlı olmaya bilərlər”.

O. Qasımov konkret dövlətlərin adını çəkmək istəmədiyini, lakin belə qüvvələrin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, söhbət həm Azərbaycanla, həm də Türkiyə ilə müəyyən münasibətləri olan, eyni zamanda hər iki ölkə ilə problemlər və gərginliklər yaşayan dövlətlərdən gedir: “Türk nüfuzunun artması, Azərbaycan-Türkiyə ittifaqının Cənubi Qafqazda və Yaxın Şərqdə əsas güc mərkəzlərindən birinə çevrilməsi, gələcəkdə isə Mərkəzi Asiyada daha fəal rol oynaması bəzi qüvvələrin maraqlarına uyğun gəlmir. Həmin qüvvələr təsir qrupları və agentura şəbəkələri vasitəsilə iki ölkə arasında ziddiyyət yaratmağa, münasibətləri korlamağa və yaranan vəziyyətdən manipulyasiya məqsədilə istifadə etməyə çalışırlar. Həm Azərbaycanda, həm də Türkiyədə proseslərin mahiyyətini anlayan şəxslər bu cür cəhdlərin qarşısını almağa və ikitərəfli münasibətlərin zədələnməsinə imkan verməməyə çalışırlar”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Oktyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri