Icma.az
close
up
RU
Azərbaycan separatizmə qarşı mövqeyini qətiyyətlə ortaya qoyur” Politoloqdan AÇIQLAMA

Azərbaycan separatizmə qarşı mövqeyini qətiyyətlə ortaya qoyur” Politoloqdan AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev “Əl-Ərəbiyyə”yə müsahibəsində bildirib ki, Azərbaycan özü ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmiş ölkə kimi bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir. O vurğulayıb ki, Azərbaycan Ukraynanın və Suriyanın ərazi bütövlüyünün tərəfdarıdır və separatizmin istənilən forması ilə mübarizə aparır. Dövlət başçısı həmçinin Rusiyada azərbaycanlılara qarşı baş verən hücumlara toxunaraq, onların qətlə yetirilməsi və işgəncələrə məruz qalmasını pisləyib. İlham Əliyev bildirib ki, bu münasibətlərə zərbə vurur, məsuliyyət isə Azərbaycanın deyil, Rusiyanın üzərinə düşür.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə”yə müsahibəsində səsləndirdiyi fikirlər həm regional, həm də beynəlxalq münasibətlər kontekstində ciddi məna daşıyır.

"İlk növbədə, Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləməsi barədə mövqeyi birmənalı və prinsipial yanaşmadır. Bu mövqe Azərbaycanın öz tarixindən qaynaqlanır, çünki ölkəmiz 30 il işğal altında qaldığı üçün ərazi bütövlüyünün pozulmasının ağrı-acısını ən yaxşı bilən dövlətlərdəndir. İlham Əliyevin Ukraynanın, Suriyanın və bütövlükdə hər bir dövlətin suverenliyi ilə bağlı söylədikləri, Azərbaycanın separatizmə qarşı qətiyyətli mübarizəsinin davamlı xətt olduğunu göstərir. Prezidentin Qarabağ nümunəsini xatırlatması təsadüfi deyil, çünki separatizm istənilən ölkənin dövlətçiliyini sarsıdan ən təhlükəli amildir. Bununla yanaşı, İlham Əliyevin Rusiya ilə münasibətlər mövzusunda sərt, amma hüquqa söykənən mesajlar verməsi diqqətçəkicidir. O, açıq şəkildə bildirdi ki, Rusiyanın Azərbaycana qarşı keçmişdə törətdiyi cinayətlər və hazırda baş verən neqativ hadisələr qarşısında susmayacaq. Xüsusilə də Rusiyada azərbaycanlılara qarşı törədilən son hücumlar və qətllərlə bağlı reaksiyası həm dövlətin, həm də xalqın mövqeyinin ifadəsidir. Prezident bu məsələni emosional deyil, siyasi və hüquqi çərçivədə təqdim etməklə əslində beynəlxalq auditoriyaya açıq mesaj göndərdi. Burada əsas vurğulanan odur ki, məsuliyyət Azərbaycana yox, qarşı tərəfə aiddir".

Siyasi şərhçi əlavə etdi ki, İlham Əliyevin “biz hörmətsizliyə dözməyəcəyik” ifadəsi həm dövlətin öz vətəndaşını müdafiə iradəsini, həm də beynəlxalq münasibətlərdə balanslı mövqedən imtina etməyəcəyini göstərir:

"Bu, Rusiyanın ikili standartlarına qarşı dolayısı ilə cavabdır. Çünki Azərbaycan Rusiya ilə münasibətlərin korlanmasının təşəbbüskarı olmadığını ortaya qoyur. Prezident açıq şəkildə vurğuladı ki, Azərbaycan yalnız konstruktiv və hüquqi cavab verir, amma təcavüzə qarşı susmaq niyyətində deyil. Bu çıxış həm də regional güc mərkəzlərinə siqnal xarakteri daşıyır. Azərbaycan mesaj verir ki, heç bir ölkənin təzyiqi ilə öz mövqeyindən geri çəkilməyəcək".

Müsahibimizin sözlərinə görə, Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək fonunda Rusiyaya sərt münasibət bildirmək, həmçinin Suriyanın birliyi məsələsini qabartmaq Azərbaycanın beynəlxalq hüquqa əsaslanan dövlətçilik konsepsiyasının ifadəsidir.

"İlham Əliyev müsahibəsində paralel şəkildə həm Cənubi Qafqaz, həm Yaxın Şərq, həm də Rusiya istiqamətində eyni məntiqli yanaşma ortaya qoydu. Nəticə etibarilə, bu çıxış Azərbaycanın prinsipial diplomatiyasını təsdiqləyir: ərazi bütövlüyü toxunulmazdır, separatizm qəbuledilməzdir, vətəndaşların hüquqları müdafiəsiz qalmayacaq. Rusiya ilə münasibətlərdə yaranmış gərginliyin günahı Bakıya aid deyil və bu da beynəlxalq aləmə ünvanlanmış əsas tezisdir", - deyə Tural İsmayılov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Avqust 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see133

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri