Icma.az
close
up
RU
Azərbaycan Türkiyə münasibətləri dövlətlərarası əməkdaşlığın, qarşılıqlı dəstəyin bariz nümunəsidir ŞƏRH

Azərbaycan Türkiyə münasibətləri dövlətlərarası əməkdaşlığın, qarşılıqlı dəstəyin bariz nümunəsidir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 20 iyul, AZƏRTAC

Prezident İlham Əliyev iyunun 19-da qardaş Türkiyəyə işgüzar səfər etdi. Bu səfər Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun növbəti təqdimatı oldu. Reallıq budur ki, “Bir millət, iki dövlət” prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyada dövlətlərarası əməkdaşlığın, səmimi tərəfdaşlığın və qarşılıqlı dəstəyin bariz nümunəsinə çevrilib. Hər iki xalq ortaq soy-kökə, bənzər adət-ənənələrə və milli-mənəvi irsə malik olmaqla yanaşı, zamanın sınaqlarından çıxaraq dostluq və qardaşlıq münasibətlərini bu gün də uğurla davam etdirir. Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı Azərbaycan-Türkiyə qardaşlığının əyani nümunəsidir. İki dost, qardaş ölkə yaxşı günlərdə də, çətin günlərdə də bir-birinin yanındadır. Təkcə 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünə nəzər salmaq kifayətdir. Prezident İlham Əliyev hər bir çıxışında qardaş Türkiyənin Vətən müharibəsində ölkəmizə siyasi və mənəvi dəstəyinə diqqəti yönəldərək xalqımızın bunu heç zaman unutmayacağını bildirir. Bu dəstək Azərbaycana əlavə güc verdi. Prezident İlham Əliyev “Azərbaycan” məhəlləsinin açılış mərasimində bir daha vurğuladı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi siyasi, mənəvi dəstək, həmrəylik, Türkiyə xalqının bizimlə bərabər olması gücümüzə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik və bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır. Azərbaycan hər zaman Türkiyənin, Türkiyə də Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha birliyimizin, dostluğumuzun təzahürüdür”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri bu gün təkcə dövlətlərarası əməkdaşlıq müstəvisində deyil, xalqlar arasında da səmimi dostluq və qarşılıqlı etimada əsaslanır: “Xüsusən də hər iki ölkənin humanitar fəlakətlər zamanı bir-birinə dəstəyi, qarşılıqlı yardımı və mənəvi həmrəyliyi bu münasibətlərin nə qədər dərin və sarsılmaz olduğunu bir daha sübut edir. Məhz bu qardaşlıq və birlik ruhu Azərbaycan ilə Türkiyəni təkcə regionda deyil, bütün dünyada nümunəvi dövlətlərdən birinə çevirib”.

Malik Həsənov diqqəti 2023-cü ilin fevralında Türkiyədə baş vermiş dəhşətli zəlzələyə yönəldərək bildirib ki, Azərbaycan dövləti və xalqı dərhal qardaş ölkənin yanında oldu: “Prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, həkimlər və könüllülər zərərçəkən ərazilərə ezam olundular, humanitar yardımlar göndərildi. Dövlətimizin başçısının xüsusi tapşırığı ilə Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi. Kahramanmaraşda ucaldılan Azərbaycan-Türkiyə dostluq abidəsi isə bu sarsılmaz qardaşlığın rəmzinə çevrilib. Bu, təkcə bir tikinti layihəsi deyil, eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığının, ağır günlərdə bir-birinə dayaq olmağın, dostluq və həmrəyliyin əyani nümunəsidir. “Azərbaycan” məhəlləsi iki ölkə arasında humanitar həmrəyliyin və strateji tərəfdaşlığın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev “Azərbaycan” məhəlləsinin açılış mərasimində vurğuladı ki, bu məhəllənin yaradılması çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib. 1200 mənzildə türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur. Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir”.

Deputat qeyd edib ki, bu günlərdə imzalanmasının 4 ili tamam olan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonrakı inkişafının yol xəritəsi kimi dəyərləndirilir: “Azad Qarabağın, azad Şuşanın şahidliyi ilə imzalanan müttəfiqlik sənədi, həmçinin bu torpaqlarda Azərbaycan və Türkiyə bayraqlarının birgə dalğalanması birliyimizin, həmrəyliyimizin sarsılmazlığının təqdimatıdır. İki dost ölkə atdığı hər bir addımı ilə dünyaya qardaşlığın nümunəsini nümayiş etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir. Azərbaycan Prezidentinin bu fikirlərinin davamı olaraq Türkiyə Prezidenti bildirdi ki, bəli, bu gün burada “Bir millət, iki dövlət” şüarının həyata keçməsinə bir daha şahidlik edirik. Çünki biz eyni bayrağın kölgəsində dua edən, eyni səccadədə göz yaşı tökən, eyni istiqlal üçün qurban verən bir millətin, iki dövlətin tək ürək daşıyan övladlarıyıq”.

Malik Həsənov vurğulayıb ki, bu layihə təkcə Azərbaycan ilə Türkiyə arasında deyil, bütövlükdə Türk dünyasında qardaşlığın və birliyin möhkəmlənməsinə, həmçinin regionda sülhün və təhlükəsizliyin təmininə töhfə verən nadir nümunəyə çevrilib. Azərbaycan-Türkiyə münasibətləri “Bir millət, iki dövlət” fəlsəfəsinin real və canlı təzahürüdür. “Azərbaycan” məhəlləsini qürur tablomuz kimi dəyərləndirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Prezident İlham Əliyevin daim nəzarətdə saxladığı bu layihə burada məskunlaşacaq qardaşlarımıza etibarlı, firavan yuva, görənlərin həsəd aparacağı, özünə heyran qoyacağı bir əsər olacaq.

Deputat bildirib ki, dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur: “Bu birlik, həmrəylik sarsılmaz olmaqla yanaşı, regionda sabitliyin, təhlükəsizliyin təminatçısıdır. Dünya bu gün bir daha Azərbaycan ilə Türkiyənin bir yerdə olduğunun, dostluğun, qardaşlığın əbədiliyinin şahidinə çevrildi. Hər iki dövlət, eyni zamanda, Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcək inkişafına töhfə verir. Əsrlərə söykənən Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da uğurla inkişaf edərək dostluq, qardaşlıq nümunəsinə yeni əlavələri ilə diqqətdə olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 İyun 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri