Icma.az
close
up
RU
Azərbaycan Suriya münasibətləri müasir beynəlxalq siyasətdə qarşılıqlı hörmət və strateji realizmin nümunəsidir ŞƏRH

Azərbaycan Suriya münasibətləri müasir beynəlxalq siyasətdə qarşılıqlı hörmət və strateji realizmin nümunəsidir ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz miqyas və dərinliyinə görə önəmli bir mərhələyə qədəm qoyub, eyni zamanda, özünün çevikliyi, dəqiqliyi və fəallığı ilə diqqət çəkir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra ölkəmiz yeni bir dövrə qədəm qoyub, beynəlxalq münasibətlər sistemində daha fəal, təşəbbüskar və təbii ədalət prinsiplərinə söykənən mövqe nümayiş etdirir. Bu kontekstdə Yaxın Şərq regionu ilə münasibətlərin intensivləşməsi, xüsusilə də Suriya ilə əlaqələrin dərinləşdirilməsi Azərbaycanın postmünaqişə dövrü diplomatiyasının mühüm istiqamətlərindən birini təşkil edir.

Azərbaycan və Suriya liderləri arasında ilk mühüm təmas Antalyada keçirilən beynəlxalq forum zamanı olub. Bu görüş təkcə iki dövlət başçısının tanışlığı deyil, həm də Azərbaycanın Suriya ilə gələcək tərəfdaşlıq imkanlarına açıq olduğunu nümayiş etdirən siyasi mesaj xarakteri daşıyırdı. Suriyada baş verən hakimiyyət dəyişikliyindən sonra Azərbaycan bu ölkənin suverenliyi və ərazi bütövlüyünə açıq dəstək verən ilk dövlətlərdən biridir. Bu, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan xarici siyasət kursunun davamı olmaqla yanaşı, həm də Yaxın Şərq regionunda artan nüfuzunun göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib.

Deputat qeyd edib ki, Suriyada baş verən dağıdıcı münaqişənin ardından ölkənin yenidən qurulması məsələsi beynəlxalq gündəmdə mühüm yer tutur: “Azərbaycan öz ərazilərində aparılan bərpa və quruculuq işləri ilə bu sahədə ölkəmizə unikal təcrübə qazandırıb. Prezident İlham Əliyevin göstərişi ilə Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin Suriyaya səfəri bu təcrübənin bölüşdürülməsi və konkret əməkdaşlıq mexanizmlərinin müzakirəsi məqsədi daşıyırdı. Səfər zamanı Azərbaycanın texniki, maliyyə və təşkilati sahələrdə Suriyaya hansı dəstəyi göstərə biləcəyi qiymətləndirilib, infrastruktur və sosial bərpa istiqamətində konkret layihələr gündəmə gətirilib. Azərbaycanın Suriya ilə münasibətləri təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda, ölkəmizin daha geniş Yaxın Şərq strategiyasının bir hissəsi kimi çıxış edir. Prezident İlham Əliyevin təşəbbüskarlığı və unikal xarici siyasət kursu nəticəsində Azərbaycan regionda etibarlı tərəfdaş, qlobal məsuliyyət nümayiş etdirən ölkə kimi tanınır. Ölkəmizin Türkiyə ilə sıx strateji müttəfiqliyi və paralel olaraq İsrail ilə münasibətlərini balanslı şəkildə inkişaf etdirməsi, Azərbaycanın regionda xüsusi diplomatik rol oynamasına şərait yaradıb. Bu çərçivədə Azərbaycan Suriyanın İsraillə münasibətlərinin normallaşması istiqamətində və həmçinin Türkiyə-İsrail gərginliyinin azaldılmasında “sakit diplomatiya” prinsipindən çıxış edərək müxtəlif görüşlərin təşkilinə dəstək göstərib. Azərbaycanın bu proseslərdə vasitəçilik etməsi və regionda "qaynar xətt" diplomatiyasının təşviqində oynadığı rol ölkənin yeni xarici siyasət konsepsiyasının nümunəsidir”.

Azərbaycanla Suriya arasında əməkdaşlığın perspektivli istiqamətlərindən birinin də enerji sektoru olduğunu vurğulayan E. Mirzəbəyli əlavə edib: “Azərbaycanın qaz ixracında diversifikasiya siyasətində Yaxın Şərq bazarları xüsusi əhəmiyyət kəsb edir. Suriya prezidenti ilə keçirilən danışıqlarda Azərbaycan qazının bu ölkəyə ixracı məsələsinin də gündəmə gətirilməsi təsadüfi deyil. Hazırda Azərbaycan qazının Türkiyə və İraqa ixracı istiqamətində konkret imkanlar dəyərləndirilir və bu prosesin Suriyaya qədər genişlənməsi regional enerji təhlükəsizliyinə və iqtisadi inteqrasiyaya töhfə verə bilər. Tarixən Azərbaycanla Suriya arasında münasibətlər dostluq xarakteri daşıyıb. Lakin Əsəd rejimi dövründə bu əlaqələrin potensialı ciddi şəkildə məhdudlaşmışdı. Yeni siyasi mərhələdə isə bu münasibətlər daha sağlam təməl üzərində yenidən formalaşır. Azərbaycanın Suriya ilə əməkdaşlığı sadəcə ikitərəfli münasibətlərə deyil, həm də Azərbaycanın geosiyasi əhəmiyyətinin və beynəlxalq münasibətlər sistemində tutduğu önəmli mövqeyin göstəricisinə çevrilib. Azərbaycan-Suriya münasibətləri müasir beynəlxalq siyasətdə qarşılıqlı hörmət və strateji realizmin nümunəsidir. Azərbaycanın bölgədə oynadığı yeni rolu təkcə iqtisadi və diplomatik maraqlara əsaslanmır, həm də beynəlxalq hüquqa və sülhə əsaslanan xarici siyasət prinsiplərinə söykənir. Bu münasibətlər Azərbaycanın Yaxın Şərq regionundakı nüfuzunu artırmaqla yanaşı, qlobal miqyasda da onun etibarlı tərəfdaş imicini gücləndirir”, - deyə deputat diqqətə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see316

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see224

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see208

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see203

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see197

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see193

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see161

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see154

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see134

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see134

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see133

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see133

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see133

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see132

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see130

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see129

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see126

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see126

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see124

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri