Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Azərbaycan Türkiyə qardaşlığı üzərində yüksələn Kahramanmaraş

Azərbaycan Türkiyə qardaşlığı üzərində yüksələn Kahramanmaraş

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Zəlzələnin yıxdığı şəhər dostluğun möhtəşəm gücü ilə dikəldilir

Azərbaycan və Türkiyə arasında münasibətlər dostluq, qardaşlıq və qarşılıqlı yardımlaşma üzərində qurulub. Bu əlaqələr siyasi müstəviyə dərin mənəvi, mədəni və tarixi köklərdən güc alaraq yeksəlib. Son onilliklərdə bu dostluq strateji tərəfdaşlıqla möhkəmləndirilib, xalqlarımızın sevinc və kədərini ortaqlaşdıran sarsılmaz birliyin tükənməz qaynağına çevrilib.

2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində baş verən 7.7 və 7.6 bal gücündə iki güclü zəlzələ 11 vilayəti əhatə edərək 50 mindən çox insanın həyatına son qoydu, yüz minlərlə insan evsiz qaldı. Bu, Türkiyə tarixinin ən faciəli təbii fəlakətlərindən biri oldu. Eyni zamanda, qardaş ölkənin bir neçə bölgəsində, o cümlədən Kahramanmaraşda dəhşətli dağıntıları ilə ürək parçalayan bu zəlzələnin ilk saatlarından Azərbaycanın Türkiyənin yanında olması sözügedən qardaşlığın nə qədər möhkəm və dərin dəyərlərə əsaslandığını bir daha sübuta yetirdi. Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə axtarış – xilasetmə qrupları, təcili yardım briqadaları, humanitar yardım karvanları və mütəxəssis heyətləri dərhal hadisə bölgələrinə göndərildi. Bu, sadəcə dövlətlərarası yardım deyildi, həm də qan qardaşlığından irəli gələn təbii bir reaksiya idi.

Kahramanmaraşda Azərbaycan tərəfindən salınan “Azərbaycan məhəlləsi” bu dəstəyin simvoluna çevrildi. Burada inşa edilən müasir yaşayış kompleksləri, məktəblər, uşaq bağçaları və sosial infrastruktur layihələri Azərbaycanın dost əlini uzatmaqla kifayətlənmədiyini, həm də bu torpaqlarda həyatın yenidən qurulmasına, dirçəldilməsinə töhfə verdiyini göstərdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən sonrakı dövrdə dəfələrlə telefonla əlaqə saxlayıb, həmrəylik və dəstək mesajları mübadilə edib, dostluğun əbədiliyini bir daha vurğulayıblar. Dövlətimizin başçısının “Türkiyə bizim üçün sadəcə dost və tərəfdaş deyil, bizim qardaşımızdır” fikri hər iki xalqın duyğularının ifadəsi kimi diqqət çəkib.

Zəlzələnin ildönümündə Prezident İlham Əliyevin şəxsən Kahramanmaraşa səfər etməsi, yenidənqurma layihələrinin icrasını nəzərdən keçirməsi və yerli əhali ilə səmimi görüşləri Azərbaycan – Türkiyə qardaşlığının nə qədər real və dərin olduğunu bir daha sübuta yetirdi.

Bu yerdə bir məqamı xatırlatmaq istərdik. Belə ki, “Bir millət, iki dövlət” fəlsəfəsi, sadəcə, bir şüar deyil, bu gün hər iki ölkənin daxili və xarici siyasətində xüsusi önəm verilən əsas dəyərdir. Əgər dünən Azərbaycan torpaqlarının işğaldan azad olunması zamanı Türkiyə siyasi və mənəvi dəstəyi ilə Azərbaycan xalqının yanında oldusa, bu gün də Azərbaycan Kahramanmaraşın bərpası üçün əzmlə çalışır, bu yolda əlindən gələn səyi əsirgəmir.

Qardaş ölkənin təbii fəlakət nəticəsində ağır zərər görmüş bölgələrinə göstərilən bu dəstək, sadəcə, birgə tarixə deyil, ortaq gələcəyə də bir inam nümayişidir. Azərbaycanlı mühəndislər, inşaatçılar, humanitar təşkilatlar orada, sadəcə, binalar deyil, gələcəyin simvolunu inşa edirlər.

Azərbaycanın göstərdiyi bu dəstək beynəlxalq miqyasda da təqdirlə qarşılanıb, bir çox beynəlxalq qurumlar və KİV-lər tərəfindən bu həmrəylik nümunəvi addım kimi dəyərləndirilib. Ümumiyyətlə, bu hal təkcə bir yardım deyil, həm də səmimi insanlıq nümunəsi olaraq qiymətləndirilib. Azərbaycan xalqı zəlzələdə həyatını itirənlərin ailələri ilə birgə dərindən kədərlənib, yaralılara şəfa diləyib. Eyni zamanda, Türkiyə cəmiyyətində də Azərbaycanın bu qardaşlıq addımları unudulmayıb, Kahramanmaraşda evlərinin üzərində “Azərbaycana təşəkkür edirik” pankartları asılıb. Bu, dövlətlərarası münasibətdən kənar, xalqlar arasında sarsılmaz bağların təcəssümü kimi dəyərləndirilib.

Yeri gəlmişkən, Azərbaycan – Türkiyə əlaqələri təkcə regional deyil, qlobal miqyasda da bir nümunəyə çevrilib. Bu münasibətlər hər zaman qarşılıqlı etimada, tarixi köklərə, ortaq mədəniyyətə və mənəvi dəyərlərə əsaslanıb, Kahramanmaraş zəlzələsi kimi ağır sınaqlardan keçərək daha da möhkəmlənib.

Azərbaycanın bu bölgənin bərpasına verdiyi töhfə bir daha göstərdi ki, nə qədər ağır olsa da, əgər ortada belə sarsılmaz dostluq və birlik varsa, həyat yenidən qurula bilər. Bu gün Kahramanmaraşda yüksələn binalar, təmir olunan məktəblər və sevincli uşaqların səsi bizə bir həqiqəti xatırladır: Azərbaycan – Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır və hər bir çətinlikdə daha da güclənir.

***

Azərbaycan – Türkiyə münasibətlərindən söhbət açarkən, ilk növbədə, bu iki ölkə arasında əlaqələrin böyük və şərəfli tarixinə nəzər salmaq istərdik. Hər zaman ortaq dil və din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu münasibətləri şərtləndirən amillər sırasında mühüm yer tutub. Azərbaycan və Türkiyə öz tarixlərinin ən mürəkkəb dövrlərində belə bir-birinə dəstək olub. 1918-ci ildə Nuru paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün taleyüklü bir məsələnin gerçəkləşməsinin nümayişinə çevrilib.

Xatırladaq ki, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bugününü, eyni zamanda, perspektivlərini özündə parlaq ifadə edən ən mükəmməl formul kimi hazırda da qəbul olunur, bunun gələcək zamanlarda da mühüm önəm daşıyacağı heç bir şübhə doğurmur.

Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi önəm verən Ümummilli liderimiz 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə kursun yüksələn xətt üzrə inkişafını gerçəkləşdirdi.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev də Türkiyə ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirib. Dövlətimizin başçısının 2004-cü il 13-15 aprel tarixində Türkiyəyə ilk rəsmi səfərindən sonra bu, ardıcıl xarakter daşıyıb.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra iki ölkə arasında sosial-iqtisadi baxımdan onilliklərə bərabər inkişaf yolu keçilib. Bu dövrdə əldə olunan iqtisadi uğurlar Azərbaycan – Türkiyə münasibətlərində özünü yaxından büruzə verib. Respublikamızın təşəbbüsü sayəsində Türkiyə ilə enerji daşıyıcılarının nəqli istiqamətində əməkdaşlıq dərinləşib. Xüsusən Bakı – Tbilisi – Ceyhan neft və Bakı – Tbilisi – Ərzurum qaz kəmərləri, eləcə də Bakı – Tbilisi – Qars dəmiryol xətti ilə bağlı əlaqələr bu iki türk dövlətinin strateji münasibətlərinə yeni məzmun gətirib, tərəflər arasındakı əməkdaşlığı regional, eyni zamanda, qlobal miqyasda möhkəmləndirib. TANAP layihəsi isə Azərbaycanla Türkiyə arasındakı sosial –iqtisadi və digər sahələrdə indiyədək mövcud olan qardaşlıq münasibətlərində əlavə dəstəyə çevrilib. Bütün bu layihələrin gerçəkləşməsində Azərbaycanın yerləşdiyi bölgədə apardığı müstəqil siyasət və Prezident İlham Əliyevin siyasi iradəsi mühüm rol oynayıb.

***

Azərbaycan–Türkiyə dostluğu və qardaşlığı artıq tarixlə yoxlanmış, hadisələrlə möhkəmlənmiş bir birlikdir. Kahramanmaraşın bərpasında Azərbaycanın iştirakı bu sarsılmaz dostluğun möhkəm təməl daşlarından biridir və gələcək nəsillərə örnək olacaq bir qürur salnaməsidir.

Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” hesabında Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən “Azərbaycan məhəlləsi” barədə paylaşım edib: “Bu gün zəlzələ bölgəmizdə, Can Azərbaycanın dəstəyi ilə inşa edilən “Azərbaycan məhəlləsi”ndəki mənzillər də daxil olmaqla, ümumilikdə, 49 min 56 mənzil və iş yeri hüquq sahiblərinə təhvil verilir. Beləliklə, indiyədək təhvil verilən ümumi mənzil sayı 250 minə çatdırırıq”,– paylaşımda vurğulanıb. Qeyd edək ki, məhəllənin açılışı dünən qardaş ölkədə reallaşıb.

Beləliklə, Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən “Azərbaycan məhəlləsi”ndə 49 min 56 mənzil və iş yeri inşa olunub. Bununla da zəlzələdən sonra təhvil verilən mənzillərin sayı 250 minə yüksəlib.

Türkiyənin Kahramanmaraş şəhərində salınan “Azərbaycan məhəlləsi”nin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarında tikinti işləri yekunlaşıb. Müasir memarlıq üslubunda inşa edilən evlər günəş panelləri ilə təchiz olunub. Bu binalarda, ümumilikdə, 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.

V.BAYRAMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 İyun 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri