Icma.az
close
up
RU
Kahramanmaraş valisinə fəlakət zonasında Azərbaycan FHN in qərargahının üzərində dalğalanan bayraq təqdim edilib

Kahramanmaraş valisinə fəlakət zonasında Azərbaycan FHN in qərargahının üzərində dalğalanan bayraq təqdim edilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ankara, 1 iyul, AZƏRTAC

Türkiyənin Kahramanmaraş vilayətinin valisi Mükerrem Ünlüere fəlakət zonasında Azərbaycan Fövqəladə Hallar Nazirliyi qərargahının üzərində dalğalanan bayraq təqdim edilib.

AZƏRTAC xəbər verir ki, vilayətin valisinə bu bayrağı Azərbaycan diasporunun Kahramanmaraşda fəaliyyət göstərən diaspor strukturunun – Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Cəmiyyətinin rəhbəri Tural Şahbazlı təqdim edib.

O bildirib ki, xilasetmə əməliyyatı başa çatdıqdan az sonra qərar verib ki, 2023-cü ilin fevralında baş vermiş zəlzələ zonasına ilk gələn Azərbaycan xilasedicilərinin qərargahı üzərində dalğalanan bayrağı qoruyub saxlasın.

“Xalqlarımızın həmrəyliyinin və qardaşlığının daha bir rəmzi olan bu bayrağı Kahramanmaraşın rəhbərinə təqdim etmək qərarına gəldim”, - deyə Cəmiyyətin rəhbəri vurğulayıb.

Qeyd edək ki, dağıdıcı zəlzələlərin episentrinə çevrilən Kahramanmaraşda Azərbaycandan 700-dən çox xilasedici çalışıb və onlar dağıntılar altından 17-si uşaq olmaqla 53 nəfəri xilas edə biliblər.

Bundan başqa, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri təbii fəlakət qurbanlarının 755-nin, o cümlədən 174 uşağın meyitini dağıntılar altından çıxarıblar.

Azərbaycan tərəfinin səyləri nəticəsində əyalətdə səhra xəstəxanası da yerləşdirilib, gündəlik isti yeməklərin paylanması təşkil edilib.

Bundan başqa, Azərbaycan hökuməti evlərini itirmiş insanların yerləşdirilməsi üçün Kahramanmaraşın uyğun strukturlarına 830 çadır təhvil verib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyul 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri