Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Mavi göylərdə dalğalanan milli qürurumuz ŞƏRH

Mavi göylərdə dalğalanan milli qürurumuz ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Prezident İlham Əliyevin bu fikirləri üçrəngli bayrağımızın Azərbaycan xalqı üçün ifadə etdiyi mənəvi dəyəri, milli qürur mənbəyi kimi əhəmiyyətini və müstəqil dövlətimizin həyatındakı xüsusi yerini dolğun şəkildə əks etdirir. Dövlət Bayrağı xalqımızın azadlıq iradəsinin, milli özünüdərkinin və suverenlik hüququnun ən parlaq təcəssümüdür. O, Azərbaycanın dünya dövlətləri sırasında özünəməxsus yeri və mövqeyi olan müstəqil ölkə kimi mövcudluğunu nümayiş etdirir. Bayrağımızın dalğalanması hər bir vətəndaşa mənsub olduğu dövlətin tarixini, gücünü və gələcək qarşısında daşıdığı məsuliyyəti xatırladır.
Azərbaycan xalqının milli dövlətçilik ənənələrinin mühüm yadigarı olan üçrəngli bayrağımız müstəqilliyimizin bərpasından sonra yenidən dövlət atributu kimi rəsmiləşdirilərək ölkəmizin siyasi və ictimai həyatında öz layiqli yerini tutdu. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə üçrəngli bayrağımız dövlət bayrağı kimi qəbul edildi. Həmin ilin oktyabrın 18-də qəbul olunan “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə ölkəmizin müstəqilliyi hüquqi baxımdan təsbit edildi və milli dövlətçilik rəmzlərimizin istifadəsi üçün geniş imkanlar yarandı. Beləliklə, uzun illər xalqımızın yaddaşında azadlıq və müstəqillik arzularının simvolu kimi qorunan bayrağımız müstəqil Azərbaycanın səmasında yenidən dalğalanmağa başladı.
Dövlət Bayrağının ölkənin hər yerində ucaldılması, dövlət müəssisələrində, təhsil və mədəniyyət ocaqlarında, hərbi hissələrdə və digər ictimai məkanlarda nümayiş etdirilməsi milli rəmzlərimizə ehtiramın gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməsinə xidmət etdi. Müstəqil dövlətin atributları sırasında xüsusi yer tutan bayrağımızın qorunması, onun tarixi və mənəvi dəyərinin cəmiyyətə çatdırılması dövlət siyasətinin diqqət mərkəzində saxlanıldı. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində üçrəngli bayrağımız yalnız rəsmi mərasimlərin deyil, xalqımızın ümumi qürur və həmrəylik duyğusunun da ifadəsinə çevrildi.
Dövlət rəmzlərinə göstərilən ehtiramın ən möhtəşəm ifadələrindən biri Bakıda Dövlət Bayrağı Meydanının yaradılması oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı Sərəncamla paytaxtımızda Dövlət Bayrağı Meydanının yaradılması qərara alındı. Bu təşəbbüs müstəqil Azərbaycanın dövlətçilik rəmzlərinə verdiyi yüksək qiymətin, milli qürurun və suverenliyin nümayişi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Meydanın yaradılması ideyası ölkəmizin paytaxtında Azərbaycan Bayrağının möhtəşəmliyini və ucalığını təcəssüm etdirən xüsusi bir məkanın formalaşdırılmasına yönəlmişdi.
2010-cu il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının açılışı keçirildi. Burada ucaldılan nəhəng üçrəngli bayraq paytaxtımızın memarlıq simasının diqqətçəkən elementlərindən birinə çevrildi. Meydan təkcə möhtəşəmliyi ilə deyil, daşıdığı məna və ideya baxımından da ölkəmizin ictimai həyatında xüsusi yer qazandı. Burada dalğalanan bayraq Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi nailiyyətləri, milli iradəsini və gələcəyə inamını ifadə edən rəmz kimi qəbul olundu. Dövlət Bayrağı Meydanı sonrakı illərdə də ölkəmizin mühüm tədbirlərinin, dövlətçilik və vətənpərvərlik ruhunu təbliğ edən mərasimlərin keçirildiyi məkanlardan biri oldu.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Dövlət Bayrağı Meydanının yaradılması ilə yanaşı, 2009-cu il noyabrın 17-də imzalanmış Sərəncamla hər il noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi qeyd olunması müəyyən edildi. Bu qərar üçrəngli bayrağımızın tarixinin, onun dövlətçilik ənənələrimizdəki yerinin və xalqımız üçün daşıdığı mənəvi dəyərin daha geniş təbliğinə mühüm töhfə verdi. Dövlət Bayrağı Gününün təsis olunması milli rəmzlərimizə ehtiramın dövlət səviyyəsində ifadəsi olmaqla yanaşı, cəmiyyətdə vətənpərvərlik duyğularının gücləndirilməsi baxımından da əhəmiyyətli addım idi.
9 Noyabr artıq təqvimdə qeyd olunan adi bir gün deyil. Bu tarix hər bir Azərbaycan vətəndaşına müstəqilliyimizin hansı tarixi mübarizələr və siyasi iradə nəticəsində əldə olunduğunu, dövlət rəmzlərimizin qorunmasının nə qədər vacib olduğunu xatırladır. Həmin gün ölkəmizin müxtəlif bölgələrində keçirilən tədbirlər, bayrağımızın ucaldılması, məktəblərdə və digər müəssisələrdə təşkil olunan maarifləndirici görüşlər milli atributlarımıza hörmət və ehtiramın yeni nəsillərə ötürülməsinə xidmət edir. Dövlət Bayrağı Gününün qeyd olunması xalqımızın öz tarixinə, milli kimliyinə və müstəqil dövlətinə bağlılığını nümayiş etdirən ümumxalq ənənəsinə çevrilib.
Bu gün üçrəngli bayrağımız Azərbaycanın bütün bölgələrində, dövlət qurumlarının, təhsil müəssisələrinin, hərbi hissələrin və digər ictimai məkanların üzərində əzəmətlə dalğalanır. Onun ucalığı ölkəmizin müstəqil siyasətini, dövlət quruculuğu sahəsində əldə etdiyi nailiyyətləri və beynəlxalq münasibətlər sistemində artan nüfuzunu əks etdirir. Dünyanın müxtəlif ölkələrində keçirilən rəsmi görüşlərdə, beynəlxalq tədbirlərdə və idman yarışlarında bayrağımızın nümayiş olunması Azərbaycanın dövlət kimi tanınmasının, xalqımızın milli kimliyinin və ölkəmizin qazandığı uğurların ifadəsidir. Bu baxımdan, Dövlət Bayrağı hər bir azərbaycanlının mənsub olduğu ölkəni, onun tarixini və milli dəyərlərini dünyaya tanıdan ən mühüm rəmzlərdən biridir.
Dövlət rəmzlərinə hörmət və ehtiram yalnız bayram günlərində nümayiş etdirilən münasibət deyil, hər bir vətəndaşın gündəlik davranışında, dövlətinə və Vətəninə bağlılığında öz əksini tapmalıdır. Xüsusilə gənc nəslin üçrəngli bayrağımızın yaranma tarixini, dövlətçilik ənənələrimizdəki rolunu və daşıdığı mənanı dərindən bilməsi vacibdir. Bayrağımıza sevgi Vətənə sevginin, onun ucalığını qorumaq isə müstəqil dövlətimizin gələcəyinə sahib çıxmağın ifadəsidir.
Bu gün mavi göylərdə əzəmətlə dalğalanan üçrəngli bayrağımız Azərbaycanın müstəqillik yolunun, milli qürurunun və dövlətçilik iradəsinin canlı təcəssümüdür. Bayrağımızın ucalığı daim xalqımızın qüruruna, dövlətimizin gücünə və gələcək nəsillərin iftixarına çevrilsin!

Tahir Gülnəzərov,
Salyan rayon Qarabağlı-1 kənd tam orta ümumtəhsil məktəbinin direktoru, YAP fəalı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri