Icma.az
close
up
RU
Azərbaycan, Türkiyə və daha 10 ölkə İrana çağırış edib

Azərbaycan, Türkiyə və daha 10 ölkə İrana çağırış edib

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Paytaxt Ər-Riyadda Səudiyyə Ərəbistanı, Azərbaycan, İordaniya, BƏƏ, Bəhreyn, Pakistan, Türkiyə, Suriya, Qətər, Küveyt, Livan və Misirin xarici işlər nazirləri və nümayəndələrinin iştirakı ilə görüş keçirilib. 

Ölkə.az "Al Hadath" nəşrinə istiandən xəbər verir ki, görüş iştirakçıları İranı səhvlərini yenidən nəzərdən keçirməyə çağırıblar. “Toplatı iştirakçıları mehriban qonşuluq prinsiplərinin, dövlətlərin suverenliyinin pozulmasının, ilk növbədə, İrana və regionun təhlükəsizliyinə mənfi təsir göstərəcəyini, eyni zamanda ona baha başa gələcəyini, region ölkələri, xalqları ilə münasibətlərinə kölgə salacağını vurğulayıblar. İştirakçılar həmçinin bəyan edib ki, onlar öz resurslarına qarşı təhdidlər qarşısında hərəkətsiz qalmayacaqlar.

İştirakçılar İranın bütün hücumları dərhal dayandırmasının, qonşu ölkələrə qarşı hər hansı təxribatçı hərəkətlərdən və ya təhdidlərdən çəkinməsinin və ərəb ölkələrindəki ona bağlı milisləri dəstəkləməyi, maliyyələşdirməyi və silahlandırmağı dayandırmasının vacibliyini vurğuladılar. Bu arada, iştirakçılar İranın İordaniya, Azərbaycan və Türkiyəyə hücumlarını müzakirə ediblər. Ballistik raketlər, dronlardan istifadə edərək İranın bu qəsdən hücumlarını qınayıblar. Onlar həmçinin bu hücumların haqlı sayıla bilməyəcəyini vurğulayaraq, dövlətlərin özünümüdafiə hüququnu vurğulayıblar. İştirakçılar İranı hücumları dərhal dayandırmağa, eskalasiyanın qarşısını almaq, regionda təhlükəsizlik və sabitliyə nail olmaq və böhranların həlli üçün diplomatiyanı gücləndirmək üçün ilk addım olaraq beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa və mehriban qonşuluq prinsiplərinə hörmət etməyə çağırdılar.
Bəyanatda İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyin bağlanmasına və ya qarşısının alınmasına, yaxud Bab əl-Məndəb boğazında dəniz təhlükəsizliyinə təhdid yaradan hər hansı bir hərəkətdən və ya təhdiddən çəkinməsinin vacibliyi vurğulanıb.

Bu kontekstdə iştirakçılar Livanın təhlükəsizliyinə, sabitliyinə və ərazi bütövlüyünü dəstəkləyərək İsrailin Livana qarşı təcavüzünü və regiondakı ekspansionist siyasətini pisləyiblər.

İştirakçılar intensiv məsləhətləşmələri və koordinasiyanı davam etdirmək, hadisələri izləmək, yeni halları qiymətləndirmək üçün ortaq mövqelər formalaşdırmaq, təhlükəsizliklərini, sabitliklərini, suverenliklərini qorumaq, eləcə də İranın ərazilərinə dəhşətli hücumlarını dayandırmaq üçün lazımi qanuni tədbirlər görmək əzmlərini bir daha təsdiqləyiblər”, - nəşr yazıb.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:370
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Mart 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri