Icma.az
close
up
RU
Azərbaycan Universitetinin bakalavriat səviyyəsinə 24 ixtisas üzrə qəbul aparılacaq

Azərbaycan Universitetinin bakalavriat səviyyəsinə 24 ixtisas üzrə qəbul aparılacaq

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 8 avqust, AZƏRTAC

2025/2026-cı tədris ili üçün Azərbaycan Universitetinin bakalavriat səviyyəsinə 24 ixtisas üzrə qəbul aparılacaq. Abituriyentlərin nəzərinə çatdırılır ki, Azərbaycan Universitetinə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır.

Azərbaycan Universitetindən AZƏRTAC-a bildirilib ki, ayrılmış 1095 plan yerindən 955-i Azərbaycan bölməsi (əyani), 100-ü ingilis bölməsi (əyani), 40-ı isə qiyabi təhsil forması üçün nəzərdə tutulub. Bütün ixtisaslara dövlət sifarişi əsasında qəbul mümkündür.

Səkkiz ixtisas üzrə kadr hazırlığı Azərbaycan dili ilə yanaşı ingilis dilində də həyata keçirilir. Bunlar I qrupda informasiya təhlükəsizliyi, II qrupda biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə, mühasibat, marketinq, turizm işinin təşkili, III qrupda isə sosial iş ixtisasıdır. Tədrisi ingilis dilində aparılan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün 1 tədris ili ayrılmaqla təhsil müddəti 5 ildir. Bu ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.

III qrupda yer alan sosial iş ixtisasının tədris planı beynəlxalq akkreditasiyadan keçib. Akkreditasiya prosesi Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR - Independent Agency For Accreditation and Rating) tərəfindən aparılıb. Bu, həm Azərbaycan Universitetinin, həm də ölkədə sosial iş ixtisasının tarixində bir ilkdir.

Bu ixtisas qrupunda yer alan korreksiyaedici təlim ixtisasının adı bu ildən xüsusi pedaqogika ilə əvəzlənib.

Tələbələrə qəbul formasından asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına təqaüd almaq imkanı yaradılıb. Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına təqaüd ala bilirlər. 2025-ci ildə Azərbaycan Universitetinin bakalavriat səviyyəsi üzrə 396, magistratura səviyyəsi üzrə isə 43 olmaqla 439 tələbəsinə dövlət büdcəsinin vəsaiti hesabına təqaüd təyin olunub. Təqaüdlərin aylıq məbləği tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.

Universitetə ən yüksək balla qəbul olan tələbə bu il də Şəhid Fəxrəddin Qurbanlı təqaüdünü alacaq. 2016-cı ildə təsis olunmuş təqaüdün ümumi məbləği 500 manatdır.

Bundan əlavə, sentyabr ayından başlayaraq “Ulduz tələbə” layihəsi əsasında hər fakültə üzrə bir nəfər olmaqla Münsiflər Heyəti tərəfindən seçiləcək tələbələrə “Ulduz tələbə” təqaüdü veriləcək. Layihənin məqsədi akademik biliyi, sosial fəallığı, şəxsi inkişafı ilə fərqlənən çalışqan və istedadlı tələbələri kəşf etmək, onların uğurlarını geniş ictimaiyyətə təqdim etməkdir. Layihə bakalavriat tələbələrinə şamil olunur. “Ulduz Tələbə”lər hər imtahan sessiyası başa çatandan sonra semestrin nəticələrinə uyğun olaraq seçiləcək və seçildikləri semestr müddətində hər ay 100 manat təqaüd alacaqlar.

Tələbələrə mübadilə proqramları və universitetlərarası müqavilə çərçivəsində xaricdə təhsil və akademik təcrübə imkanları yaradılır. Yüksək göstəricilərlə oxuyanlara ixtisas diplomu ilə yanaşı ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) sertifikatı verilir.

Daha ətraflı məlumat linkdən əldə etmək və bakalavriat səviyyəsinə tələbə qəbulu planı ilə tanış olmaq mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri