Azərbaycan universitetləri dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinqində yer alıblar
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Martın 12-də "Quacquarelli Symonds" reytinq agentliyi fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlini dərc edib.
Oxu.Az xəbər verir ki, Azərbaycan universitetləri, ümumilikdə, 5 fənn sahəsində təmsil olunub və irəliləyib.
Bakı Dövlət Universiteti "Neft-qaz mühəndisliyi" ixtisası üzrə təmsil olunub, o cümlədən ilk dəfə "Riyaziyyat" ixtisası üzrə reytinqdə yer alıb. Azərbaycan Dövlət İqtisad Universiteti "İqtisadiyyat və ekonometrika" və "Sosial elmlər və idarəetmə" ixtisasları olmaqla 2 fənn sahəsində təmsil olunub. Azərbaycan Dillər Universiteti isə "Müasir dillər" proqramı üzrə dünyanın ən yaxşı 250 universitetinin siyahısına daxil olub.
Qeyd edək ki, sözügedən reytinq 5 indikatoru (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alır.
Baxış sayı:119
Bu xəbər 13 Mart 2025 00:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















