Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu işə başlayıb

Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu işə başlayıb

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu işə başlayıb. SİA xəbər verir ki, xəbər verir ki, “Uşaqlar və ekologiya” mövzusuna həsr olunmuş forumda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Natiq” Ritm Qrupunun ifasında “Qarabağ” kompozisiyası təqdim olunub.

Tədbir zamanı “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş və “Azərbaycan uşaqları” mövzusunda videoçarxlar nümayiş etdirilib. Həmçinin “Azəri inciləri” rəqs qrupu “Təbiəti sevək” kompozisiyasını təqdim edib.

Daha sonra Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Forumun iştirakçılarına müraciətini oxuyub.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Forumda bu günümüzün və gələcəyimizin ən vacib mövzuları ətrafında müzakirə aparmaq, fikir və təşəbbüslərimizi bölüşmək, daha yaxşı, təhlükəsiz cəmiyyət qurmaq üçün səyləri birləşdirmək qürurvericidir və həm də gözəl imkandır. Hazırda Qarabağın işğaldan azad olunmuş torpaqlarının dirçəldilməsi, minalardan təmizlənməsi, yeni infrastrukturun yaradılması, yeni yaşayış məntəqələrinin salınması geniş vüsət alıb.

O qeyd edib ki, 30 illik həsrətdən sonra keçmiş məcburi köçkün ailələri, onların uşaqları öz yurdlarına qayıdırlar. Aktiv məskunlaşma tədbirləri həyata keçirilir. Eyni zamanda, yeni iqtisadi, sosial layihələr reallaşdırılır və böyük yüksəliş müşahidə olunmaqdadır. Əlbəttə ki, bütün bu işlər bizi daha konkret hədəflər, daha irəliyə aparan məqsədlər uğrunda birləşməyə, sürətlə dəyişən reallıqları nəzərə alan siyasətlər müəyyənləşdirməyə çağırır. Yeni həyat yeni fürsətlər açdığı kimi, daha yeni, daha çevik və daha dinamik yeni əməkdaşlıq platformalarının yaranmasını tələb edir.

“Azərbaycanın bütün sosial, iqtisadi və mədəni nailiyyətlərini, bütün zənginliklərini, təbii zənginliklərini, sərvətlərini qorumaq, gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur. Ərazilərimiz üzərində suveren hüquqların təmin olunmasından sonra bu vəzifələri yerinə yetirmək üçün qarşımızda daha geniş imkanlar açılıb. Azad edilmiş torpaqlarımız daxil olmaqla, hazırda bütün ölkədə yaşıl enerji zonalarının salınması, ətraf mühitin bərpası və iqlim dəyişikliklərinə davamlı mexanizmlərin yaradılması prioritetlər sırasındadır. Çünki hazırkı dövrdə dünya üzrə iqlim dəyişiklikləri, təbii resursların tükənməsi və ətraf mühitin çirklənməsi böyük problemlərdir. Lakin inanırıq ki, ekoloji maarifləndirmə, uşaqların təhsili və onların ölkə həyatında, eləcə də beynəlxalq arenada bütün proseslərdə fəal iştirakının təmin edilməsi sayəsində daha faydalı və dayanıqlı bir mühit formalaşdıraraq, bunu gələcəyə daşıya bilərik. Bu səbəbdən də bugünkü Forumun mövzusu uşaqlar və ekologiya kimi müəyyənləşib”, - deyə B.Muradova qeyd edib.

Forumda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan xalqının qarşısında duran əsas məqsədlərdən biri də kimliyini qorumaq, mədəniyyətinə sahib çıxmaq və milli dəyərlərimizi yaşatmaqdır. “Biz həm də əmin olmalıyıq ki, onlar doğru-dürüst azərbaycanlılar olacaqlar. Yəni Azərbaycanın ailə dəyərlərinə hakim olacaqlar, öz həyat tərzlərini bu torpaqlarda yaşamış əvvəlki nəslin adət-ənənələrini həmin zəmanənin tələblərinə uyğunlaşmış formada davam etdirəcəklər. Bir sözlə, azərbaycanlı olmağa davam edəcəklər. Çünki bu, çox vacibdir. Düşünürəm ki, bu, hazırda xüsusilə azyaşlı uşaqlarımızın təlim-tərbiyəsi işlərində qarşıda duran ən vacib çağırışlardan biridir”, - deyə nazir bildirib.

Qız uşaqlarının təhsilinin əhəmiyyətindən danışan nazir deyib: “Biz unutmamalıyıq ki, qız uşaqlarının, yəni gələcək anaların təhsili daha savadlı, bacarıqlı və güclü millət kimi formalaşmanın əsas amillərindən biridir”.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib ki, bu gün dünyanı narahat edən qlobal problemlərdən biri iqlim dəyişmələri və onun ətraf mühitə mənfi təsirləridir. Son illər iqlim dəyişmələrinin təsiri ilə bağlı planetimizdə təbii fəlakətlərin sayı xeyli artıb. Dünyanın bir sıra ölkələrində baş verən sel və daşqınlar, torpaq sürüşmələri və digər təbiət hadisələrinin coğrafiyası ildən-ilə genişlənməkdədir. Bu da insan sağlamlığına və ətraf canlı aləmə zərərli təsir göstərməklə yanaşı, iqtisadiyyat və bizneslər üçün də ciddi risklər yaratmaqdadır.

O bildirib ki, Azərbaycan Respublikası iqlim dəyişmələrinə həssas, inkişaf etməkdə olan ölkə, beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələri ilə mübarizəyə öz töhfəsini verir. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb. Bu il ölkəmiz qlobal miqyasda metan emissiyalarının 30 faiz azaldılmasını hədəfləyən “Qlobal Metan Vədi” təşəbbüsünə də qoşulub. Bu hədəflərə nail olmaq məqsədilə son illərdə siyasi, iqtisadi və qanunvericilik islahatları aparılır.

Gənc nəslin ekoloji problemlərə olan münasibətinin təqdirəlayiq olduğunu deyən nazir müavini qeyd edib: “Gələcəkdə gənclərimiz bu sahədə daha fəal rol oynayaraq ekoloji hüquqları və təbiətin qorunmasını prioritet məsələ kimi qəbul edəcəklər. Onların iqlim dəyişikliyi ilə mübarizə prosesində aktiv iştirakı dünya miqyasında ətraf mühitin müdafiəsinə yönəlmiş addımların effektivliyini artıracaq”.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah isə bildirib ki, iqlim böhranı həm də uşaqların böhranı deməkdir. Çünki iqlim dəyişiklikləri uşaqlara birbaşa təsir göstərən amillərdən biridir.

İnsan kapitalının inkişafına yatırılan sərmayənin gələcəyə yönəlmiş sərmayə olduğunu vurğulayan Saca Faruq Abdullah deyib ki, iqlim dəyişiklikləri ilə bağlı qlobal səviyyədə xəstəliklərin 88 faizi 5 yaşından aşağı uşaqların payına düşür. İqlim dəyişikliklərinin ən çox diqqətdən kənarda qalan fəsadlarından biri onun təhsilə olan təsiridir. Daşqınlar və kəskin hava şəraiti uşaqların təhsilə çıxışını məhdudlaşdırır, onların məktəbə getmələrinə maneələr yaradır. Bunu nəzərə almaq olduqca vacibdir. Gənc qızların təhsillə təmin edilməsi və erkən yaşlardan bu sahəyə sərmayə qoyulması böyük əhəmiyyət daşıyır. Uşaqlar bu planetin varisləridir. Planetimizdə baş verən hadisələr onların gələcəyinə birbaşa təsir göstərir.

Açılış mərasimindən sonra Forum çərçivəsində panel müzakirələri aparılıb.

Sonra “Zəfər uşaqları” adlı yeni uşaq himninin təqdimatı olub.

Aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyəni təmsil edən uşaqlar iştirak ediblər.

Forum işini davam etdirir. Tədbir çərçivəsində uşaqlar “Uşaq hüquqları: İnkişaf üçün birləşək - Ekoloji hüquq”, “Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar - Ekoloji təhsil və tərbiyə”, “Uşaqların internet təhlükəsizliyi - Yaşıl İKT”, “Sağlamlığın qorunması, sağlam həyat tərzi. Ətraf mühitin mühafizəsi - Sağlam dünya”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi - Təbiətin keşiyində”, “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti - Sağlam iqlim”, “Vətəni sevək, ona layiq olaq - təbiəti qoruyaq” mövzuları üzrə müzakirələr aparacaq, müvafiq təkliflərlə çıxış edəcəklər.

Qeyd edək ki, Ümumrespublika Uşaq Forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir. Keçirilən forumların əsas xüsusiyyəti və fərqləndirici cəhəti onu bütünlüklə uşaqların idarə etməsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2024 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see394

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see351

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see326

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see282

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see279

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see265

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see250

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see230

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see230

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see225

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see221

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see221

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see220

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see219

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see213

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see207

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see205

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see194

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see190

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri