Icma.az
close
up
RU
Azərbaycan Üzgüçülük Federasiyasının vitseprezidenti: Gənclərin su idmanı növlərinə marağı bizi qürurlandırır AZƏRTAC

Azərbaycan Üzgüçülük Federasiyasının vitseprezidenti: Gənclərin su idmanı növlərinə marağı bizi qürurlandırır AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 28 noyabr, AZƏRTAC

"Gənclərin su idmanı növlərinə marağı və valideynlərin övladlarını üzgüçülüklə məşğul olmağa təşviq etməsi bizi çox qürurlandırır".

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə Bakıda keçirilən Azərbaycan açıq qış çempionatının açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, yarışın əsas məqsədi regionlardan olan perspektivli idmançıları üzə çıxarmaq və onları gələcəkdə milli komandanın tərkibinə cəlb etməkdir: "Biz bu məqsədlə Mingəçevirdə turnir və regional məşqçilər arasında təlim təşkil etmişdik. Hazırda çempionatda Naxçıvan, Gəncə, Bərdə, Şəmkir və sair bölgələrimizdən idmançılar iştirak edirlər. Bunun əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan üzgüçüləri beynəlxalq arenada yüksək nəticələr əldə edə bilsinlər".

Federasiya rəsmisi bu çempionatın, həmçinin dekabrın 18-23-də Estoniyanın Tartu şəhərində keçiriləcək Açıq Estoniya Qış çempionatına hazırlıq məqsədi daşıdığını söyləyib: "Bu baxımdan ölkə çempionatı milli komandanın üzvləri üçün böyük əhəmiyyət kəsb edir. İdmançılar burada qüvvələrini sınayaraq, özlərini inkişaf etdirirlər".

T.Abdullazadə su polosunun ölkədə inkişafı üçün Azərbaycan Üzgüçülük Federasıyası tərəfindən müəyyən işlərin görüldüyünü də diqqətə çatdırıb.

Qeyd edək ki, çempionatda Azərbaycanın 15 müxtəlif klub və idman cəmiyyətlərindən 150 FINA xalı olan 240-a yaxın idmançı mübarizə aparır. Dünən start götürən çempionata noyabrın 30-da yekun vurulacaq. Yarışın sonunda qaliblər diplomlar və hədiyyələrlə mükafatlandırılacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Noyabr 2024 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri