Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsində həyata keçirilən layihələr müzakirə olunub
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Vaşinqton şəhərinə işgüzar səfəri çərçivəsində Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşüb.
AMB-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı ölkədə makroiqtisadi sabitliyin təmin olunması və maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində DB ilə əməkdaşlıqdan məmnunluq bildirilərək Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsində nəzərdə tutulan təşəbbüslər və həyata keçirilən layihələr müzakirə olunub.
Görüşdə, həmçinin dayanıqlı inkişaf məqsədlərinə dəstək istiqamətində əməkdaşlığın uzunmüddətli perspektivdə genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 17 Oktyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















