Icma.az
close
up
RU
Azərbaycan və Avropa İttifaqı mühüm sənədin hazırlığını başa çatdırdı

Azərbaycan və Avropa İttifaqı mühüm sənədin hazırlığını başa çatdırdı

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Bakıda “Avropa-Azərbaycan münasibətləri: tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda dəyirmi masadakı çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycan-Aİ münasibətləri dinamikdir: “Bu, çox diplomatik ifadədir, lakin münasibətlərimizdə dinamizm getdikcə daha da artır, münasibətlərimizi dərinləşdiririk. Mən ötən il sentyabrın 2-də Azərbaycana gəlmişəm. Həmin vaxtdan etibarən üç Aİ komissarı ilə görüşmüşəm. Bu, nazir səviyyəsinə bərabər bir vəzifədir. Həmçinin Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta, eləcə də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycanda səfərdə olub”, - səfir qeyd edib.

O, iyulda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Azərbaycana səfər etdiyini, bunun ikitərəfli münasibətlərin daha dinamik xarakter aldığını göstərdiyini vurğulayıb: “Bu, həm də səfərlərdə görünməmiş bir saydır. Adətən səfirlər öz mandatları ərzində prezidentlə bir və ya iki dəfə görüşə bilirlər. Lakin ilk 10 ay ərzində onların hamısını Azərbaycanda qəbul etmişik. Bu, çox vacibdir. 2028-ci ildə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində onların yenidən Azərbaycana gələcəyini gözləyirəm”.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri qeyd edib ki, Ursula fon der Lyayenin səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, regional sülh və bağlantı məsələləri müzakirə olunub.

O bildirib ki, fon der Lyayen Azərbaycanı Aİ-nin strateji tərəfdaşı adlandırıb və ölkənin etibarlı enerji tərəfdaşı kimi mühüm rolunu qeyd edib.

Mariyana Kuyundziçin sözlərinə görə, həmin səfər zamanı regional sülh təşəbbüslərini dəstəkləmək məqsədilə 20 milyon avroluq paket elan edilib. Bu vəsait səhiyyə, minatəmizləmə, yerli icmaların inkişafı, su idarəçiliyi, eləcə də kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldiləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Sentyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri