Azərbaycan və Avropa Şurası arasında gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb YENİLƏNİB
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Avropa Şurasının (AŞ) baş katibi Alen Berse ilə görüşüb.
APA xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüş zamanı Azərbaycan və AŞ arasında gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov, ölkəmizin AŞ-nin üzvlüyünə qəbul olunmasından bəri Azərbaycanla AŞ arasında qanunun aliliyi, insan hüquqları, demokratiya istiqamətləri üzrə faydalı əməkdaşlığın mövcud olduğunu, lakin son dövrlərdə Şuranın müxtəlif institutları tərəfindən ölkəmizə qarşı nümayiş olunan qərəzin əməkdaşlığımıza xələl gətirdiyini qeyd edib.
Xüsusilə, ötən il AŞ Parlament Assambleyası tərəfindən Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinin ölkəmizə qarşı münasibətin və ayrı-seçkiliyin göstəricisi kimi məyusluq doğurduğu diqqətə çatdırılıb.
Bu kimi addımların mövcud dialoq kanallarının bağlanması ilə qarşılıqlı təmas və münasibətlərə zərbə vurduğu bildirilib.
Görüşdə, həmçinin gündəlikdə duran aktual məsələlər və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə müzakirələr aparılıb.
***
21:32
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Baş katibi Alen Bersetlə görüşüb.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” hesabında paylaşım edib:
https://twitter.com/AzerbaijanMFA/status/1890448239406530878
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 14 Fevral 2025 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















