Azərbaycan və Bolqarıstan 2030 cu ilədək Mədəni Əməkdaşlıq Proqramı imzalayacaq
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan və Bolqarıstan yaxın vaxtlarda 2025-2029-cu illər üçün Mədəniyyət sahəsində əməkdaşlıq Proqramı imzalayacaq. SİA Bolqarıstanın Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ nazir Marian Baçevin Azərbaycanın Sofiyadakı səfiri Hüseyn Hüseynovla görüşündə müzakirə olunub.
"Hesab edirəm ki, Bolqarıstan və Azərbaycanın təkcə energetika və nəqliyyat sahəsində deyil, mədəniyyət, təhsil, elm, informasiya texnologiyaları və innovasiyalar kimi digər vacib sahələrdə də əməkdaşlığı dərinləşdirmək üçün ümumi istəyi var", - M.Baçev qeyd edib və müxtəlif mədəni sahələrdə əlaqələri gücləndirməyi təklif edib.
O, əmin olduğunu bildirib ki, mədəniyyət sahəsində ikitərəfli qarşılıqlı fəaliyyət kontekstində "Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında 2025-2029-cu illərdə mədəniyyət sahəsində əməkdaşlıq Proqramı"nın imzalanması ölkələr arasında əməkdaşlığın intensivləşdirilməsi istiqamətində daha bir mühüm və müsbət addım olacaq.
"Mədəniyyət Nazirliyi Azərbaycanla həm də qarşılıqlı mədəniyyət həftələrinin təşkili yolu ilə əməkdaşlığın genişləndirilməsi üçün fəal işi davam etdirəcək", - məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 11 Aprel 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















