Azərbaycan Bolqarıstan mədəni əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb FOTOLAR
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniyanın Barselona şəhərində səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransı çərçivəsində sentyabrın 29-da Bolqarıstanın mədəniyyət naziri Marian Başev ilə görüşüb.
Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Adil Kərimli son illərdə ölkəmizdə xarici kino istehsalçıları üçün yaradılan şərait və “Rebate” proqramı haqqında məlumat verib.
Görüşdə tərəflər kino istehsalı, qeyri-maddi mədəni irs, eləcə də sualtı arxeoloji irsin araşdırılması üzrə birgə ekspedisiyalar barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda bu ilin noyabr ayında Özbəkistanın
Səmərqənd şəhərində keçiriləcək UNESCO-nun növbəti Baş Konfransı çərçivəsində gündəlikdə duran məsələlər barədə müzakirələrin davam etdirilməsi qərara alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 30 Sentyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















