Qazaxıstan nümayəndələri Azərbaycanda ASAN xidmət təcrübəsi ilə tanış olublar
Icma.az bildirir, 525.az portalına istinadən.
Dövlət İdarəçilik Akademiyasında Qazaxıstan Respublikasının müxtəlif vilayətlərini və qurumlarını təmsil edən nümayəndələrə Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" və dövlət xidmətlərində sosial innovasiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr barədə ətraflı təqdimat edilib.
Bu barədə 525.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, təqdimat zamanı Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə "Qlobal Hökumət Mükəmməlliyi Mükafatı" proqramı çərçivəsində "Dünyanın ən qabaqcıl dövlət xidməti" nominasiyası üzrə xüsusi mükafata layiq görülməsi, o cümlədən "ASAN xidmət" modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu diqqətə çatdırılıb.
Akademiyanın dəvəti əsasında Azərbaycana səfər edən qonaqlar "ASAN xidmət" mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin və "ABAD" publik şəxsin fəaliyyəti ilə də tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 24 Noyabr 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















