Icma.az
close
up
RU
Deputat: Azərbaycan ilə Çin arasında səmərəli əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub

Deputat: Azərbaycan ilə Çin arasında səmərəli əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 25 aprel, AZƏRTAC

Tarixin bütün mərhələlərində dünyada öz yeri, mövqeyi olan ölkə kimi diqqəti cəlb edən Çinlə Azərbaycan arasında əlaqələrin yaranması coğrafi uzaqlığa baxmayaraq, eramızdan əvvələ təsadüf edir. Azərbaycan-Çin mədəni əməkdaşlığının tarixi mənzərəsinə nəzər saldıqda sovet dövründə də bu əlaqələrin xüsusi ardıcıllıqla həyata keçirildiyinin şahidi oluruq. Çağdaş dövrdə isə ölkələrimiz siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, kənd təsərrüfatı, turizm, təhsil kimi sahələrdə yüksək səviyyədə əməkdaşlıq əlaqələri formalaşıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Müasir Azərbaycan-Çin münasibətlərinin tarixinin 1991-ci ildən başladığını qeyd edən deputat bildirib ki, Çin Xalq Respublikası ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdəndir. Çinlə Azərbaycan arasında diplomatik münasibətlər isə 1992-ci il aprelin 2-də qurulub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin martında Çinə rəsmi səfəri isə bugünkü münasibətlərin dayanıqlı təməlini qoyub. Ulu Öndərin Çinə uğurlu səfərindən sonra iki ölkə arasında ikitərəfli münasibətlər daha da möhkəmlənərək, daha sürətli inkişaf mərhələsinə qədəm qoyub.

“Hazırda Azərbaycan-Çin münasibətlərinin uğurlu inkişafı hər iki ölkənin dövlət başçısının ortaq siyasi iradəsi ilə bağlıdır. Şərq-Qərb qarşılıqlı əlaqələrində bağlayıcı həlqə kimi mühüm geostrateji əhəmiyyətə malik olan Azərbaycan Çin ilə hərətərəfli əlaqələr qurub və bu əlaqələr daim artan dinamika üzrə inkişaf etməkdədir. Qarşılıqlı inam, hörmət, etimad, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı dəstək kimi ikitərəfli münasibətlər üzərində qurulan bu əməkdaşlıq dövlətimizin başçısının Çinin Sinxua agentliyinə verdiyi müsahibəsində qeyd etdiyi kimi, hər iki ölkənin strateji maraqlarına uyğundur. Prezident İlham Əliyev müsahibədə Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə istinad edərək bildirib ki, bu sənədlə Azərbaycan və Çin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib, etibarlı tərəfdaşlar olduqlarını təsdiqləyiblər. Azərbaycan Liderinin bu müsahibəsi ümumilikdə iki ölkə arasındakı əlaqələrin inkişafını, strateji tərəfdaşlığın əhəmiyyətini və perspektivlərini ətraflı şəkildə əks etdirir”, - deyə A.Məmmədov vurğulayıb.

Deputatın sözlərinə görə, Azərbaycanla Çin arasında münasibətlər “Bir kəmər, bir yol” layihəsi və ticari-iqtisadi əlaqələrlə yanaşı, digər sahə və istiqamətlərdə də sürətlə inkişaf edir. Ticari-iqtisadi və tranzit-logistika layihələrinin reallaşdırılması ilə yanaşı, elm, texnika, texnologiya, İTK, rəqəmsallaşdırma, eləcə də mədəni-humanitar sahələrdə də fəaliyyətin genişlənməsi xarakterikdir. Bu baxımdan görünən odur ki, yaxın perspektivdə Azərbaycanla Çin arasında ticari-iqtisadi və logistika sahəsindəki əlaqələrlə yanaşı, adıçəkilən sahələrdə də səmərəli fəaliyyət intensivləşəcək.

İkitərəfli münasibətlərdə iqtisadi məsələlərin xüsusi yer tutduğunu diqqətə çatdıran A.Məmmədov bildirib ki, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib və ölkəmizin ümumi xarici ticarət dövriyyəsində 7,9 faiz paya malikdir. İdxalda isə Çin 17,69 faizlə lider mövqedədir. Hazırda Azərbaycanda Çin kapitalı ilə yaradılmış 375 şirkət mövcuddur, onlardan 298-i aktiv fəaliyyət göstərir. Eyni zamanda, yüksək texnologiyalar, innovasiyalar və alternativ enerji sahələrində birgə layihələrin reallaşdırılması istiqamətində danışıqlar davam etdirilir.

“Bütövlükdə bu gün Azərbaycan ilə Çin arasında səmərəli əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. Prezident İlham Əliyevin Çinə dövlət səfəri, Çin Lideri Si Cinpinlə görüşü, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması dünyanın diqqət mərkəzindədir. Dövlətimizin başçısının Çinə səfəri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrini daha da dərinləşdirəcək, qarşılıqlı təmaslar və dialoq daha da intensivləşəcək, ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaq”, - deyə Anar Məmmədov fikirlərini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri