Icma.az
close
up
RU
Azərbaycan və Çinin milli insan hüquqları təsisatları arasında əməkdaşlıq müzakirə olunub Xəbər saytı Son xəbərlər və Hadisələr

Azərbaycan və Çinin milli insan hüquqları təsisatları arasında əməkdaşlıq müzakirə olunub Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Çin Xalq Respublikasının Kommunist Partiyasının İntizam Təftişi üzrə Mərkəzi Komissiyası Katibinin müavini və Milli Nəzarət Komissiyasının sədr müavini Liu Xuexinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə BAKU.WS-ə qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Müvəkkil Azərbaycan ilə Çin arasında əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə yüksək səviyyədə inkişaf etdirildiyini, hər iki ölkə tərəfindən bir sıra mühüm əhəmiyyət kəsb edən birgə layihələrin həyata keçirildiyini bildirib.

Ombudsman mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyəti, eləcə də əldə olunmuş müsbət təcrübələr barədə qonağa geniş məlumat verib. Bu fəaliyyətin daha da təkmiləşdirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın da vacib rol oynadığını vurğulayan Müvəkkil müxtəlif beynəlxalq təsisatlar, eləcə də vitse-prezidenti olduğu Asiya Ombudsmanlar Assosiasiyası çərçivəsində üzv təsisatlarla səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu söyləyib.

Ombudsman, həmçinin bir sıra xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə anlaşma memorandumlarının imzalandığını, bir sıra önəmli layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, bu istiqamətdə Çin Xalq Respublikasının Kommunist Partiyasının İntizam Təftişi üzrə Mərkəzi Komissiyası ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib.

Müvəkkil yaxın günlərdə ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyini qeyd edib, bu müddət ərzində Ombudsman təsisatı tərəfindən panel müzakirələrin təşkilinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Çin Xalq Respublikasının Kommunist Partiyasının İntizam Təftişi üzrə Mərkəzi Komissiyası Katibinin müavini və Milli Nəzarət Komissiyasının sədr müavini Liu Xuexin öz növbəsində səmimi qəbula görə minnətdarlığını bildirib. Cari il iki ölkənin dövlət başçılarının görüşünün keçirildiyini, ölkələr arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbul olunduğunu məmnunluqla xatırladıb. O, Azərbaycan və Çinin milli insan hüquqları təsisatları arasındakı münasibətlərin də genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 Noyabr 2024 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see163

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see159

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see146

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see141

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see141

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see141

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see133

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see132

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see129

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see128

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see127

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see126

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see126

Dövlət Xidməti: Tovuzun Avdal kəndindəki məbədin tarixi abidələrin reyestrinə salınması üçün iş gedir FOTO VİDEO

08 Sentyabr 2025 16:58see124

Sinənizdə bu əlamətlər varsa, mütləq həkimə gedin Onkoloq xəbərdarlıq etdi

08 Sentyabr 2025 23:00see124

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see122

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see121

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see120

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see120

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri