Azərbaycan və Ermənistan enerji sistemi necə birləşəcək?
Icma.az, Bakupost saytına istinadən bildirir.
Ermənistan və Azərbaycanın enerji sistemlərinin birləşdirilməsi heç bir texniki çətinlik yaratmamalıdır.
Bakupost.az xəbər verir ki. bu sözləri “Sam Sebe Energetik” Teleqram kanalının müəllifi Aleksey Moskalov deyib.
O bildirib ki, bunlar “SSRİ-nin ümumi elektrik şəbəkəsinin bir hissəsi” kimi yaradılıblar:
“Sovet dövründə Ermənistan və Azərbaycan birbaşa, o cümlədən Razdan İstilik Elektrik Stansiyası ilə Ağstafa yarımstansiyası arasında güclü 330 kV-luq xətt vasitəsilə birləşdirilib. Bərpa edildikdə birbaşa, güclü əlaqə yaradılacaq”.
Moskalov həmçinin vurğulayıb ki, hər iki enerji sistemi artıq Rusiyaya (Azərbaycan birbaşa, Ermənistan Gürcüstan vasitəsilə) və İrana qoşulub.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycanın enerji sistemlərinin birləşdiriləcəyini bildirmişdi.
Asena,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 22 Yanvar 2026 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















