Icma.az
close
up
RU
Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş olacaq? Mirzoyandan yeni açıqlamalar

Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş olacaq? Mirzoyandan yeni açıqlamalar

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İrəvan Bakıdan aldığı sülh müqaviləsinin 12-ci mübadiləsinə münasibətini artıq ifadə edib”.

“AzPolitika” bildirir ki, bunu Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan yerli mətbuata açıqlamasında deyib.

Nazir qeyd edib ki, yaxın gələcəkdə onlar Azərbaycan tərəfi ilə bu yanaşmanı və ümumiyyətlə, bu sazişin əlaqələndirilməsi, imzalanması və ratifikasiyası ilə bağlı bütün məsələləri müzakirə etmək imkanı əldə edəcəklər. Mirzoyan bunu deyərkən nazirlər və ya daha yüksək səviyədə görüşlərin olub-olmayacağına ayındlıq gətirməyib.

“Yanaşmalar Ermənistanın hazırkı çağırışlarına, bizim sülh gündəmimizə, sülhün bərqərar olunmasına hazır olmağımıza və Ermənistanın maraqlarına uyğundur”, - Mirzoyan bildirib.

Sülh müqaviləsinin 12-ci layihəsini Ermənistan tərəfi fevralın sonunda əldə edib. Baş nazir Nikol Paşinyan Bakıdan 12-ci düzəlişi aldıqdan sonra bəzi maddələrin razılaşdırılmadığını bildirib.

Bildirilib ki, tərəflər bir-birlərinə qarşı beynəlxalq iddiaların geri götürülməsi və üçüncü dövlətlərin nümayəndələrinin sərhəddə yerləşdirilməməsi ilə bağlı məsələlərdə hələlik razılığa gəlməyiblər. Bundan əlavə, Azərbaycan Müstəqillik Bəyannaməsinin preambulasına istinadı əsas gətirərək Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir.

Erməni tərəfinin sülh müqaviləsi imzalanmamışdan əvvəl beynəlxalq iddialardan imtina etməyə razı olub-olmaması ilə bağlı suala Mirzoyan belə cavab verib: “Sülh müqaviləsinin mətni çərçivəsində bir sıra məsələlər müzakirə olunur və buna görə də, razılaşdırıldığı təqdirdə, müqavilə imzalandıqdan və qüvvəyə mindikdən sonra həyata keçirilə bilər və həyata keçirilməlidir. Bəli, biz həmçinin Ermənistan - Azərbaycan dövlətlərarası sərhədində üçüncü tərəf qüvvələrinin çıxarılmasını, beynəlxalq hüquqi platformalarda bir-birlərinə qarşı mübahisələrin, iddiaların və şikayətlərin aradan qaldırılmasını müzakirə edirik və razılaşdırılıb, imzalanıb və qüvvəyə minibsə, bu bəndlər də bütün digər bəndlər kimi, məcburi şəkildə icra edilməlidir”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Mart 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see241

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see238

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see232

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see199

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see192

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see185

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see173

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see170

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see170

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see167

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see166

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see165

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see163

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see159

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see157

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see156

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see153

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see153

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see152

Onu baş nazir seçsəniz, sanksiyalar olacaq ABŞ dən xəbərdarlıq

04 Fevral 2026 09:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri