Azərbaycan və Ermənistan səfirləri bir arada: ABŞ da Zəngəzur dəhlizi müzakirəsi
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Azərbaycan və Ermənistanın ABŞ-dakı səfirləri Xəzər İbrahim və Narek Mkrtçyan ABŞ-da TRIPP layihəsinin müzakirələrində iştirak ediblər.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) məlumat yayıb.
Palata Trampın "Beynəlxalq Sülh və Rifaha Doğru Yol" (TRIPP) təşəbbüsü ilə bağlı səfirlik səviyyəsində dəyirmi masa müzakirəsi keçirib. Qapalı müzakirədə Cənubi Qafqaz və Orta Asiyadan olan səfirlər, ABŞ hökumətinin yüksək vəzifəli rəsmiləri və özəl sektor liderləri iştirak edib.
Müzakirə TRIPP-in infrastrukturun inkişafını necə sürətləndirə, regional əlaqəni gücləndirə və Orta Dəhliz boyunca ABŞ-ın davamlı iqtisadi mövcudluğunu necə möhkəmləndirə biləcəyinə yönəlib.
ABŞ Dövlət Departamentinin Sülhməramlı Missiyalar üzrə Xüsusi Elçisi Vinay Çavelanın sözlərinə görə, ABŞ administrasiyasının köməyi ilə Azərbaycan və Ermənistan arasında avqust ayında əldə edilən razılaşma tarixi bir an yaratdı.
Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan səfirlər və yüksək vəzifəli diplomatlar TRIPP-nin inkişaf strategiyalarını necə tamamlaya biləcəyi və regional tranzit marşrutlarının rəqabət qabiliyyətini necə artıra biləcəyi barədə fikirlərini bölüşüblər.
Müzakirələr zamanı həmçinin ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) da daxil olmaqla, ABŞ qurumlarının layihə maliyyələşdirilməsinin dəstəklənməsi, ticarət prosedurlarının asanlaşdırılması və investisiya risklərinin azaldılmasındakı rolu müzakirə olunub./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 22 Dekabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















