“Azərbaycan və Ermənistan sülh prosesində son nöqtəyə çatıblar” Ərdoğan
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Azərbaycan və Ermənistan sülh prosesində “son nöqtəyə çatıblar”.
Redaktor.az-ın məlumatına görə, bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etdiyi Çindən qayıtdıqdan sonra deyib.
O bildirib ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması regiona müsbət təsir göstərəcək.
"İnanıram ki, inşallah, Cənubi Qafqaz çoxdan gözlənilən sülhü tapacaq. Cənab İlham Əliyevlə görüşüm zamanı mən bu ümidi onun gözlərində gördüm. Ağ Evdə sazişin imzalanması, şübhəsiz ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini sürətləndirdi. Azərbaycan və Ermənistan əngəlləri böyük ölçüdə dəf etdilər və hər iki ölkənin lideri mənimlə görüşdə sülh yolunda son nöqtəyə çatdıqlarını bildirdilər".
Ərdoğanın sözlərinə görə, o, Çində keçirilən sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə, sonra isə Ermənistanın baş naziri Nikol Paşinyanla ətraflı danışıqlar aparıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 02 Sentyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















