Icma.az
close
up
RU
Azərbaycan və Ermənistanın bir birinə ixrac edəcəkləri bəlli məhsullar var Deputat

Azərbaycan və Ermənistanın bir birinə ixrac edəcəkləri bəlli məhsullar var Deputat

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan parlamentinin sədri Alen Simonyan açıqlamasında bildirib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında iqtisadi münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyacaq. “Bizim vahid erməni-Azərbaycan əmtəə bazarımız olacaq. Mağazalarımızda Azərbaycan məhsulları görünəcək, Ermənistan məhsulları isə Bakıda və digər şəhərlərdə əlçatan olacaq. Ermənilər Azərbaycan benzinini daha ucuz ala biləcəklər bu qaçılmazdır”, - deyə Simonyan vurğulayıb.

Ermənistan-Azərbaycan münasibətləri Simonyanın qeyd etdiyi formada inkişaf edə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Ermənistan-Azərbaycan arasında kommunikasiyanın bərpa edilməsi iki ölkə arasında növbəti mərhələdə həm də iqtisadi əlaqələrin formalaşmasına gətirib çıxara bilər:

"Ümumiyyətlə, Azərbaycan bölgədə, xüsusən də Cənubi Qafqazda sülhün formalaşmasında, eyni zamanda stabillikdə maraqlıdır. Əslində müqayisəli üstünlüklə bağlı aparılan qiymətləndirmələr göstərir ki, bu gün praktik olaraq, xüsusən müqayisəli üstünlüyə malik olan məhsulların idxal və ixracı həyata keçirilə bilər. Azərbaycan üçün həmin məhsulları Ermənistan bazarına ixrac etmək daha çox gəlir əldə etmək imkanı verərsə, təbii ki, bu halda ticarət əlaqələrinin formalaşması mümkündür. Nəzərə alsaq ki, Ermənistan da müəyyən məhsulları ixrac edir, bu kontekstdən də müqayisəli üstünlüyə baxıla bilər".

İqtisadçı deputatın fikrincə, sülh müqaviləsi bağlandıqdan sonra təbii ki, mərhələli şəkildə iqtisadi əlaqələrin formalaşması mümkün ola bilər.

"Təbii ki, burada zaman lazımdır. Çünki bütün hallarda, xüsusən də iş adamlarının birgə işləmə ənənəsinin formalaşması uzun müddətdir. Nəzərə alsaq ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamışdı, düşünürəm ki, bunun üçün də müəyyən bir zamana ehtiyac var ki, daha sonra məhz bu tip ticarət əlaqələrinin qurulması mümkün olsun. Amma biz ekonometrik model və eləcə də müqayisəli üstünlüklə bağlı aparılan xərc analizi göstərir ki, əgər gələcəkdə Ermənistan-Azərbaycan arasında ticarət əlaqələri bərpa olunarsa, o zaman hər iki ölkənin qarşılıqlı olaraq bir-birinə ixrac edəcəyi bəlli məhsullar var. Bunlar təbii ki, qeyri-neft sektorunda istehsal edilən məhsullardır", - deyə Vüqar Bayramov qeyd etdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Sentyabr 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see209

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see186

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see167

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see157

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see137

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see135

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri