Icma.az
close
up
RU
Azərbaycan və Gürcüstanda metro marşrut qiymətləri və TƏTBİQ OLUNAN GÜZƏŞTLƏR Rəsmi qurumların menyüsünə

Azərbaycan və Gürcüstanda metro marşrut qiymətləri və TƏTBİQ OLUNAN GÜZƏŞTLƏR Rəsmi qurumların menyüsünə

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Xəbər verildiyi kimi, bu gündən - 1 oktyabr 2025-ci il tarixindən etibarən Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı artırılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bir neçə gün əvvəl yaydığı məlumata görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində metro tarifləri bir gediş üçün 60 qəpik, müasir avtobus marşrutlarında isə məsafədən asılı olaraq minimum 60 qəpik müəyyən edilib.

Bəllidir ki, metro və avtobuslarda gediş haqqının 20 faiz həcmində (10 qəpik) artırılması cəmiyyətdə ciddi narazılığa səbəb oldu. Çünki bu artım hər bir ailənin büdcəsinə öz mənfi təsirini göstərir. Lakin hökumət nümayəndələri bu artımın insanların həyat şəraitinə ciddi təsir etməyəcəyini iddia etməklə, vətəndaşların “başının altına yastıq qoymağa” çalışırlar. Bəzi hallarda isə bu cür artımlar qonşu ölkələrlə müqayisə olunur. Hansı ki, biz daha çox yanacağın qiymətinin artırılması zamanı bunun şahidi olmuşuq.

Konkret olaraq metro və marşrut avtobuslarında gediş haqqının artırılmasına gəldikdə isə, rəsmi şəxslər bəzi qonşu ölkələrlə müqayisə apardıqda, müəyyən nüansları diqqətdən qaçırırlar. Məsələn, elə ölkələr var ki, gediş haqqı baha olsa da, müxtəlif kateqoriyaya aid insanlara güzəştlər tətbiq olunur. Buna misal olaraq iqtisadi cəhətdən Azərbaycandan zəif olan, çox az gəlir əldə edən qonşu Gürcüstanı göstərə bilərik.

Əlbəttə, iddia olunduğu kimi, Gürcüstanda metro və marşrut avtobuslarında gediş haqqı bu günkü tarixədək bizim ölkə ilə müqayisədə bir qədər yüksək olub. Belə ki, bizdə dünənədək gediş haqqı 50 qəpik idisə, Gürcüstanda artıq bir neçə ildir metro və şəhərdaxili marşrut avtobuslarında 1 lari (təxminən 60 qəpik) həcmindədir. Bu günkü tarixdən etibarən isə bizim ölkədə də qiymətlər qonşu Gürcüstanla eyniləşdirildi, yəni 60 qəpik müəyyən olundu.

Amma bizim dövlət rəsmiləri bir məsələni diqqətdən qaçırır ki, Azərbaycandan fərqli olaraq Gürcüstanda istər metrodan, istər də marşrut avtobuslarından istifadə edən zaman müxtəlif kateqoriyaya aid insanlara güzəştlər tətbiq olunur. Məsələn, qonşu ölkədə pensiyaçılar gediş haqqından azaddır. Tələbələr isə onlar verilən xüsusi “tələbə kartı” ilə bir gediş üçün 1 lari (60 qəpik) deyil, cəmi 20 tetri (12 qəpik) ödəniş edirlər. Üstəlik, tələbələr artıq (bu dərs ilinədək 1 saat idi – red.) 2 saat ərzində metrodan və marşrutdan istifadə edərkən əlavə ödəniş etmirlər. Yəni bir dəfə ödəniş etməklə, 2 saat ərzində şəhərdə sərbsət, heç bir ödəniş etmədən hərəkət etmək mümkündür.

Bizim ölkədə isə, polis əməkdaşları istisna olmaqla, pensiyasçılar və tələbələr də daxil olmaqla, heç bir vətəndaş üçün güzəşt limiti nəzərdə tutulmayıb. Demək, belə olduğu halda qiymət artımı zamanı qonşu ölkələrlə müqayisə aparmaq yanlışdır.

Üstəlik, onu da diqqətdən qaçırmamalıyıq ki, Azərbaycanın sürətli inkişafına və kifayət qədər ehtiyat kapitalı olmasına rəğmən, Gürcüstanda istər minimum əmək haqqı, istər də orta aylıq əmək haqqı bizim ölkədən xeyli yüksəkdir. Məsələn, 2022-ci ilin statistikasına əsasən, Gürcüstanda minimum əmək haqqı 636,4 lari (397 AZN), orta aylıq əmək haqqı 1591,8 lari (994,875 AZN) olub.

2024-cü ilin ikinci rübündə isə orta aylıq əmək haqqı 2 min lari (1250 AZN) (kişilər üçün orta əmək haqqı 2413 lari (1508 AZN), qadınlar üçün 1590 lari (994 AZN)) təşkil edib. 2024-cü il üçün minimum əmək haqqı isə 838 lari (524 AZN) təşkil edir.

Xatırladaq ki, hazırda Azərbaycanda minimum əmək haqqı 400 AZN-dir.

Bundan əlavə, Azərbaycandan fərqli olaraq, Gürcüstanda hər ay sosial layihələr də həyata keçirilir. Belə ki, kimsəsiz, aztəminatlı şəxslərə ayrıca olaraq ərzaq məhsulları və pul şəklində yardımlar olur.

Bütün bunlar isə onu deməyə əsasə verir ki, qiymət artımları zamanı Azərbaycanı Gürcüstanla, eləcə də digər qonşu dövlətlərlə müqayisə etmək absurddur.

Hurriyyet.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 Oktyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see215

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see173

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see151

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see149

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see143

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri