Icma.az
close
up
RU
Azərbaycan və İslam dünyası

Azərbaycan və İslam dünyası

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Strateji əməkdaşlıq, liderlik amili və yeni geosiyasi düzən

XXI əsrdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda İslam dünyasının qarşısında duran əsas çağırışlardan biri parçalanmış maraqları ortaq siyasi gündəmə çevirmək, münaqişələri əməkdaşlıq imkanlarına transformasiya etmək və qlobal idarəetmə sistemində daha təsirli mövqe tutmaqdır. Bu prosesdə Azərbaycan son illərdə təşəbbüskar, vasitəçi və inteqrasiyaedici aktor kimi ön plana çıxmışdır. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində fəaliyyəti ölkənin xarici siyasət fəlsəfəsinin, milli maraqlarının və Prezident İlham Əliyevin formalaşdırdığı çoxşaxəli diplomatiya modelinin mühüm tərkib hissəsidir.

İslam dünyasında Azərbaycanın nüfuzu

Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və siyasi təsir mərkəzlərinin qovuşduğu məkan olub. Bu amil ölkəyə həm Avropa institutları, həm də İslam dünyası ilə paralel və balanslaşdırılmış əməkdaşlıq modeli qurmaq imkanı verib. Lakin Azərbaycanın İslam dünyasında artan nüfuzunu yalnız coğrafi mövqeyi ilə izah etmək doğru olmazdı. Son iyirmi il ərzində Bakı müsəlman ölkələri ilə münasibətlərini sistemli şəkildə inkişaf etdirərək qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq şəbəkəsi formalaşdırıb. Mövcud siyasətin əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan üçün bu, eyni zamanda, siyasi dialoq, iqtisadi əməkdaşlıq, təhlükəsizlik məsələləri və humanitar tərəfdaşlıq üçün mühüm platformadır.

Bir çox hallarda müsəlman ölkələri arasında fikir ayrılıqlarının və geosiyasi rəqabətin mövcud olduğu şəraitdə Azərbaycan ortaq maraqları önə çıxaran, qarşıdurmadan daha çox əməkdaşlığa üstünlük verən mövqe nümayiş etdirib. Bu gün Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər, humanitar forumlar, dini və mədəni əməkdaşlıq layihələri ölkənin müsəlman dünyasındakı nüfuzunu daha da möhkəmləndirir.

Qarabağa İslam həmrəyliyi dəstəyi

Azərbaycanın İslam dünyası ilə münasibətlərində Qarabağ məsələsi xüsusi yer tutur. Uzun illər ərzində Ermənistanın işğal siyasəti ilə üzləşən ölkəmiz beynəlxalq hüquqa əsaslanan mövqeyinin müdafiəsində İƏT-in ardıcıl siyasi dəstəyini hiss edib.

İƏT müxtəlif dövrlərdə qəbul etdiyi qətnamələr və siyasi sənədlərlə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, Ermənistanın işğalçı siyasətini pisləyib. Təşkilatın sənədlərində Qarabağ və ətraf rayonların işğal altında olması beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə olunub. İslam dünyasının siyasi dəstəyi Azərbaycanın beynəlxalq arenadakı mövqeyini gücləndirən mühüm diplomatik resursa çevrilmişdi.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı və sonrakı dövrdə bir çox müsəlman ölkələrinin Azərbaycana nümayiş etdirdiyi siyasi dəstək həmin əməkdaşlığın praktik nəticəsi kimi qiymətləndirilə bilər. Bu gün Qarabağ mövzusu Azərbaycan ilə İslam dünyası arasındakı münasibətlərdə qarşılıqlı etimadın, siyasi dəstəyin və ortaq maraqlar əsasında qurulan əməkdaşlığın mühüm nümunəsinə çevrilib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq prosesinə müsəlman ölkələrinin artan marağı da göstərir ki, Qarabağ artıq İslam dünyası ilə əməkdaşlığın yeni mərhələsinin mühüm elementlərindən biridir.

Azərbaycanın İslam dünyasında qazandığı nüfuzun əsas səbəblərindən biri də ölkənin həmrəylik ideyasını siyasi ritorikadan praktiki fəaliyyət müstəvisinə keçirməsidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq platformalarda dəfələrlə vurğulayıb ki, müasir dövrdə İslam dünyasının qarşısında duran əsas vəzifələrdən biri birlik və qarşılıqlı etimadın gücləndirilməsidir. Onun fikrincə, qlobal çağırışların artdığı, geosiyasi qarşıdurmaların dərinləşdiyi bir şəraitdə müsəlman ölkələrinin parçalanması deyil, əməkdaşlığı daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması və həmin il IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi xüsusi siyasi məna daşıyırdı.

Ölkəmizin İslam dünyasına töhfələri

Azərbaycan İslam dünyasındakı rolunu humanitar diplomatiya, inkişaf yardımları və mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi fəaliyyətlərlə də artırıb. Azərbaycan müxtəlif müsəlman ölkələrində sosial və humanitar layihələrin həyata keçirilməsində fəal iştirak edib. Təhsil müəssisələrinin, səhiyyə obyektlərinin və sosial infrastrukturun dəstəklənməsi, eləcə də dini-mədəni irs nümunələrinin bərpası bu fəaliyyətin əsas istiqamətlərindən olub. Xüsusilə məscidlərin, tarixi abidələrin və dini-mədəni irs obyektlərinin qorunması istiqamətində görülən işlər Azərbaycanın İslam sivilizasiyasının ümumi irsinə verdiyi töhfənin göstəricisidir.

Azərbaycanın İslam dünyasına töhfələrindən biri də islamofobiya ilə mübarizə sahəsindəki fəaliyyətdir. Son illər Qərbin bəzi ölkələrində müsəlmanlara qarşı ayrı-seçkilik hallarının artması, dini nifrət kampaniyaları və müqəddəs dini dəyərlərin təhqir olunması beynəlxalq müzakirələrin mühüm mövzularından birinə çevrilib. Azərbaycan bu məsələdə ardıcıl və prinsipial mövqe nümayiş etdirərək islamofobiyanın bütövlükdə beynəlxalq təhlükəsizliyin və multikultural dəyərlərin qarşısında duran təhdid olduğunu vurğulayıb.

BMT, İƏT və digər beynəlxalq platformalarda Azərbaycanın təşəbbüsləri islamofobiya ilə mübarizə mövzusunun qlobal gündəmdə daha geniş yer tutmasına kömək edib. Xüsusilə “Qurani-Kərim”in təhqir olunması və dini nifrətin təşviq edilməsi hallarına qarşı Azərbaycanın sərgilədiyi prinsipial mövqe İslam dünyasında yüksək qiymətləndirilib və ölkənin mənəvi-siyasi nüfuzunu daha da gücləndirib.

Qarabağdan verilən mesaj

2020-ci ildə əldə olunan tarixi Qələbədən sonra Qarabağda başlanan genişmiqyaslı bərpa və yenidənqurma prosesi Azərbaycanın İslam dünyası ilə münasibətlərinə yeni məzmun qazandırıb. Əgər uzun illər ərzində Qarabağ mövzusu əsasən işğal, beynəlxalq hüququn pozulması və məcburi köçkün problemi kontekstində müzakirə olunurdusa, bu gün həmin ərazilər postmünaqişə quruculuğu, mədəni dirçəliş və regional əməkdaşlıq modeli kimi diqqət çəkir.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərinin mühüm istiqamətlərindən biri dini və mədəni irsin yenidən dirçəldilməsidir. Şuşa, Ağdam, Füzuli, Zəngilan və digər bölgələrdə məscidlərin bərpası İslam mədəniyyətinə məxsus irsin qorunması, dini dəyərlərə hörmət və tarixi ədalətin bərpası kimi qiymətləndirilir. Uzun illər ərzində dağıdılmış və təhqirə məruz qalmış dini abidələrin yenidən bərpası Azərbaycanın öz mədəni və mənəvi köklərinə bağlılığının nümayişi olmaqla yanaşı, İslam dünyasına verilən mühüm siyasi və mənəvi mesajdır.

Azərbaycanın İslam dünyasında artan nüfuzu və nümunəvi tərəfdaş kimi qəbul olunmasında Prezident İlham Əliyevin şəxsi diplomatik fəaliyyəti mühüm yer tutur. Onun rəhbərliyi dövründə Azərbaycan İƏT daxilində mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib, müsəlman ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əlaqələrini genişləndirib. Azərbaycanın Körfəz ölkələri, Mərkəzi Asiya dövlətləri, Pakistan, Türkiyə, ərəb və Afrika ölkələri ilə münasibətlərində müşahidə olunan dinamika bu siyasətin nəticəsi kimi qiymətləndirilə bilər.

Son olaraq qeyd edək ki, Qarabağ məsələsində əldə olunan siyasi dəstək, İslam həmrəyliyinin təşviqi, islamofobiya ilə mübarizə, humanitar layihələr və müsəlman ölkələri arasında dialoqun inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlər ölkənin artan nüfuzunun göstəricisidir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyun 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see354

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see229

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see222

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see220

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see220

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see215

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see210

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see209

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see206

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see191

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see188

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see188

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see187

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see186

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see185

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see183

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see182

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see177

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri