Icma.az
close
up
RU
Azərbaycan və Keniya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və Keniya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkənin Mombasa vilayətinin qubernatoru Abdulsuamad Şerrif Nassir ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Keniya ikitərəfli əlaqələrində dinamik inkişafdan razılıq ifadə olunub və regionlar arasında əməkdaşlığın iki ölkənin münasibətlərinin dərinləşməsinə mühüm töhfə verəcəyi vurğulanıb.

Qubernator regional əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan faydalanmağın vacibliyini vurğulayıb. Qeyd edib ki, Keniyanın inkişaf etmiş inzibati vahidlərindən biri olan Mombasa vilayəti Hind Okeanı sahilində turizm və ticarət mərkəzidir, burada Şərqi və Mərkəzi Afrikanın ən böyük dəniz limanı yerləşir. Bununla yanaşı, Mombasa daşınmaz əmlak, infrastruktur, mavi iqtisadiyyat və logistika sahələrində cəlbedici imkanlar təklif edir. Qubernator Azərbaycanın müasir şəhərsalma təcrübəsinə malik biznes dairələrinin bu regiona marağının artırılması üçün zəruri addımlar atmağa hazır olduğunu bildirib. O, iki ölkə arasında turizm əlaqələrinin inkişafında böyük potensial olduğunu vurğulayaraq, qardaşlaşmış şəhər münasibətlərinin təcrübə mübadiləsi və mədəni əlaqələrin inkişafı üçün əhəmiyyətli olduğunu qeyd edib.

Azərbaycanın 2026-cı ildə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə (WED2026) ev sahibliyi edəcəyini deyən səfir Sultan Hacıyev qeyd edib ki, WUF13 çərçivəsində Azərbaycan və Keniya arasında sıx işbirliyi qlobal əməkdaşlığa fayda verməklə bərabər, əlçatan mənzillər və dayanıqlı şəhərlər mövzusunun da önə çıxarılmasına töhfə olacaq. S.Hacıyev sentyabrın 24-də Keniya Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının 80-ci sessiyası zamanı Nyu-Yorkda keçirilən “Layiqli və sərfəli mənzil təminatı” üzrə qlobal liderlərin yüksəksəviyyəli dəyirmi masasında Azərbaycanın xarici işlər nazirinin də iştirak etdiyini məmnuniyyətlə vurğulayıb. Səfir, həmçinin Azərbaycanın dövlət quruluşu, tarixi, mədəniyyəti, iqtisadiyyat və turizm sahələrindəki potensialı, nəqliyyat dəhlizləri barədə məlumat verib, o cümlədən Vətən müharibəsinin tarixi nəticələri, postmünaqişə dövründə ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-yenidənqurma və humanitar minatəmizləmə işləri haqqında danışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri