Icma.az
close
up
RU
Qərb Rusiya qarşıdurması nə ilə nəticələnəcək?

Qərb Rusiya qarşıdurması nə ilə nəticələnəcək?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Son illərdə beynəlxalq münasibətlər sistemində baş verən gərginliklər, xüsusən Rusiya ilə Qərb arasında yaşanan qarşıdurmalar, analitiklərin yeni bir "soyuq müharibə"nin başlandığını deməsinə səbəb olub".

Bu sözləri Azad Vətən Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini, siyasi ekspert Afiq Axundov “Cebheinfo.az”-a açıqlamasında deyib.

O xatırladıb ki, ənənəvi "soyuq müharibə" (1947–1991) dönəmində ABŞ və SSRİ ideoloji, siyasi, hərbi və iqtisadi cəhətdən qlobal səviyyədə rəqabət aparırdılar:

"Son illərdə baş verən geosiyasi gərginliklər də "yeni soyuq müharibə" kimi xarakterizə olunur. Yəni artıq dünyanın növbəti "soyuq müharibə" dönəminə keçdiyini deyə bilərik. Hesab edirəm ki, Ukrayna müharibəsi bu qarşıdurmanın əsas simvoluna çevrilib.

Əsas cəbhədə Qərb bloku ilə Rusiya dayanır. Lakin yeni bloklaşmalar da formalaşır. Məsələn, ABŞ, Avropa İttifaqı və NATO ilə Rusiya, Çin, İran arasında aydın bir qütbləşmə müşahidə olunur". 

Ekspert qeyd edib ki, hibrid müharibə alətləri genişlənir:

"İndiki “soyuq müharibə” klassikdən fərqli olaraq informasiya müharibəsi, kibermüharibə, sanksiyalar və enerji vasitəsilə gedir. Eyni zamanda, qlobal güc balansı da dəyişir. ABŞ-nin dünya liderliyi artıq mübahisəlidir. Rusiya və Çin isə dünya sistemində öz yerini genişləndirməkdə israrlıdır".

Həmsöhbətimiz hesab edir ki, Qərb-Rusiya qarşıdurmasının 2026-cı ildə pik həddə çatma ehtimalı yüksəkdir:

"Bunun bir neçə səbəbi var. Məsələn, Rusiya-Ukrayna müharibəsinin uzanması və hər iki tərəfin daha sərt addımlar atması buna gətirib çıxara bilər. Həmçinin, Avropanın artan hərbi hazırlığı, Rusiyanın müdafiə xərclərini artırması, eləcə də Çinlə Qərb arasında ticarət və texnoloji gərginliyin paralel getməsini səbəb kimi göstərə bilərik. 

Düşünürəm ki, bu qarşıdurmada nə Qərb, nə də Rusiya tam qalib ola biləcək. Qərb Rusiyanı sıxışdırmaqla onun təsir dairəsini məhdudlaşdırmağa çalışır, Moskva isə regionda öz dominantlığını qorumağa çalışır.

Yeni bloklaşma, texnoloji yarış, informasiya müharibəsi və diplomatik böhranlar bu mübarizənin alətləridir. Ona görə də bu qarşıdurma yaxın zamanda bitməyəcək. Əksinə, 2026-cı il onun daha da kəskinləşdiyi bir dövr ola bilər".

Afiq Axundov kimin qalib gələcəyi barədə isə bunları deyib:

"Bu, hərbi qələbə deyil, geosiyasi təsir uğrunda mübarizədir. Hazırda Qərb daha güclü iqtisadiyyat, texnologiya və beynəlxalq dəstəyə sahibdir. Rusiya isə hələ də geniş enerji resurslarına, hərbi gücə və nüvə silahlarına malikdir.

Ancaq sanksiyalar və siyasi təcrid onu zəiflədir. Bu mübarizənin qalibi silahla yox, davamlılıq, təhlükəsizlik, iqtisadi dayanıqlılıq və təsir dairəsinin genişliyi ilə müəyyən olunacaq. Qlobal sistem isə uzun müddət bu iki qütb arasında balans qurmağa çalışacaq". 

Elmir Mustafa
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Yanvar 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri