Azərbaycan və Özbəkistan beynəlxalq yük daşımaları sahəsində əməkdaşlığı müzakirə ediblər
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan və Özbəkistan rəqəmsal nəqliyyat və beynəlxalq yük daşımaları sahəsində əməkdaşlığı müzakirə ediblər.
Avtosfer.az-ın məlumatına görə, bu barədə “Report” Özbəkistan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Müzakirələr iyulun 1-2-də Özbəkistana işgüzar səfər edən Azərbaycan nümayəndə heyəti ilə keçirilib. Nümayəndə heyətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası və beynəlxalq yük daşımaları ilə məşğul olan nəqliyyat şirkətlərinin nümayəndələri daxil olub.
Səfər çərçivəsində azərbaycanlı mütəxəssislər Özbəkistan Nəqliyyat Nazirliyi yanında "Rəqəmsal Nəqliyyat Mərkəzi"nin fəaliyyəti ilə tanış olublar. Özbəkistan tərəfi ilə görüş zamanı şəhərin ictimai nəqliyyat sisteminin inkişafı sahəsində islahatlar və tətbiq olunan rəqəmsal həllər üzrə təcrübə və bilik mübadiləsi aparılıb.
Nümayəndə heyəti həmçinin beynəlxalq avtomobil daşımaları sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi, milli daşıyıcıların iştirakının genişləndirilməsi və iki ölkənin daşıyıcıları arasında əlaqələrin inkişafı məsələlərini müzakirə edib.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti daşıyıcılarla görüş keçirib və "Yallama" və "Dovut ota" sərhəd-keçid məntəqələrindəki müasir infrastrukturla tanış olub.
Tərəflər icazələrin elektron şəkildə verilməsi, yük axınlarının rəqəmsal nəzarəti və keçid məntəqələrinin avtomatlaşdırılması üçün platformaların inteqrasiyasının gücləndirilməsi imkanlarını müzakirə ediblər.
İştirakçılar biznes, beynəlxalq tərəfdaşlar və dövlət qurumları ilə daim dialoq şəraitində rəqəmsal transformasiyanın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 04 İyul 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















