Icma.az
close
up
RU
Azərbaycan və Pakistan strateji tərəfdaşlığa qərarlıdır Naqif Həmzəyev

Azərbaycan və Pakistan strateji tərəfdaşlığa qərarlıdır Naqif Həmzəyev

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycan və Pakistan arasında çox yaxşı münasibətlər mövcuddur. Xüsusilə də son dövrlərdə qarşılıqlı dövlət və işgüzar səfərlərin artması onu deməyə imkan verir ki, hər iki dövlət öz potensialını birlikdə istifadə etməyə və güclərini birləşdirməyə qərarlıdır".

Bu fikirləri Metbuat.az-a açıqlamasında Millət vəkili Naqif Həmzəyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana rəsmi səfərini və iki ölkə arasındakı münasibətləri şərh edərkən bildirib.

O qeyd edib ki, energetika, infrastruktur, mədənlərin işlənməsi və digər sahələr üzrə sərmayə qoyuluşu real görünür:

“Möhtərəm cənab Prezident İlham Əliyevin bundan əvvəlki Pakistan səfəri zamanı əldə edilmiş bir çox razılaşmalar var. Azərbaycanın Pakistana iki milyard ABŞ dolları sərmayə qoymasını planlaşdırması barədə xəbərlər isə artıq verilib. Pakistan baş nazirinin Azərbaycana səfəri zamanı, xüsusilə də mətbuata verdiyi açıqlamalarda daha dəqiq məlum oldu ki, cənab Prezident məhz bu sərmayələrin qoyuluşu ilə əlaqədar tədqiqat mərhələsinin tamamlanması üzərində çalışıldığını vurğuladı. Bir ay ərzində bu araşdırmalar yekunlaşacaq və məsələlərə real yanaşılaraq sənədlərin imzalanması baş tuta bilər. Əsasən də Azərbaycanın energetika, infrastruktur, mədənlərin işlənməsi və digər sahələr üzrə sərmayə qoyması real görünür. Bu isə o deməkdir ki, Azərbaycan həm Pakistanın inkişafına, həm də Pakistandakı potensialın qarşılıqlı istifadə edilməsinə maraqlıdır”.

N.Həmzəyev bildirib ki, bütün beynəlxalq təşkilatlarda və forumlarda Azərbaycan və Pakistan birlikdə addım atır:

“Pakistan Azərbaycanın ən yaxın dostu hesab etdiyi dövlətlərdəndir. Necəki Qarabağ məsələsi ilə bağlı Azərbaycan ərazilərinin işğalı zamanı Pakistanın haqlı mövqeyi var idi və Azərbaycanın mövqeyini 100% dəstəklədilər, 44 günlük Vətən müharibəsi zamanı da Pakistanın Azərbaycana tam dəstəyini hiss etdik və bu dəstək bu gün də davam edir. Azərbaycan da eyni zamanda Pakistanın bütün problemlərini öz problemləri kimi qəbul edərək Pakistana sonsuz dəstəyini nümayiş etdirir. Bir sözlə, Azərbaycan və Pakistanın ortaq mövqedən çıxış etməsi imkan verir ki, digər sahələr üzrə də mövqelərimiz üst-üstə düşsün və mümkün imkanların birlikdə istifadəsi üçün güclərimizi səfərbər edək”.

Millət vəkili qarşılıqlı dəstək və etimad nümayiş etdirərək gücümüzü artırmalı olduğumuzu qeyd edib:

“Bu baxımdan Azərbaycan-Pakistan münasibətlərinin çox böyük potensialı var və bu potensialın artırılması, inkişaf etdirilməsi üçün hər iki dövlət rəhbərinin səylərini görürük və buna sevinirik. Xüsusilə də son dövrlərdə pakistanlı turistlərin Azərbaycana səfərlərinin artması, birbaşa reyslərin baş tutması, eyni zamanda azərbaycanlıların da Pakistana maraq göstərməsi onu deməyə imkan verir ki, yaxın gələcəkdə hər iki dövlət arasında potensial tam dəyərləndirilərək əlaqələr daha da inkişaf etdirilə və gücləndirilə bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 25 Fevral 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see314

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see205

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see194

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see192

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see157

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see154

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see144

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see144

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see129

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see127

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

14 Dekabr 2025 15:21see127

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see125

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri