Icma.az
close
up
RU
Azərbaycan və Qazaxıstan səfirlikləri Kambocada rəsmi qəbul keçiriblər

Azərbaycan və Qazaxıstan səfirlikləri Kambocada rəsmi qəbul keçiriblər

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikası və Qazaxıstan Respublikası ilə Kamboca Krallığı arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olunması ilə əlaqədar Azərbaycanın və Qazaxıstanın Vyetnamda, eyni zamanda, Kambocada akkreditə olunmuş səfirlikləri Türkiyənin bu ölkədəki səfirliyinin dəstəyi ilə paytaxt Pnom Pen şəhərində rəsmi qəbul keçirib. Azərbaycanın Kambocadakı səfirliyindən SİA-ya bildiriblər ki, tədbir hər üç ölkənin Dövlət himnlərinin canlı ifası ilə başlayıb.Sonra Azərbaycanın Kambocadakı səfiri Şövqi Mehdizadə iki ölkə arasında 30 illik münasibətlərin tarixindən danışıb, əlaqələrin bir çox sahələrdə inkişaf etdiyini vurğulayıb. O, həmçinin 2014-cü ildə Kamboca Krallığının Baş naziri Hun Senin Azərbaycana səfərini və 2022-ci ildə Azərbaycanın parlament nümayəndə heyətinin Kambocaya ilk rəsmi səfərini qeyd edərək, Prezident İlham Əliyev tərəfindən noyabrın 9-da bu ölkənin Müstəqillik Günü münasibətilə Kamboca Kralı Əlahəzrət Norodom Sihamoniyə təbrik məktubunun ünvanlandığını diqqətə çatdırıb.Səfir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Kambocanın 110 nəfərlik geniş heyəti ilə qatıldığını, bu ölkənin Milli Assambleyasının qərarı ilə Kamboca-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradıldığını, eləcə də Pnom Pendə səfirliyin səyləri nəticəsində Azərbaycanda təhsil almış kambocalılardan ibarət dostluq Assosiasiyasının yaradılması təşəbbüsünün əhəmiyyətindən danışıb, Birliyin yaradılması təklifinə verdiyi dəstək üçün Kamboca tərəfinə təşəkkürünü bildirib.Ölkələrarası əlaqələrdən danışan Qazaxıstanın Krallıqdakı səfiri Kanat Tomyuş oktyabrında Qazaxıstandan Kambocaya birbaşa uçuşlara başlanılmasının və ölkə Senatı sədrinin 2025-ci il mayın sonunda Astana Beynəlxalq Forumu üçün Qazaxıstana dəvət edilməsinin əhəmiyyətini vurğulayıb, orta əsr böyük türk alimi Əl-Fərabinin kamil dövlət haqqında traktatının xmer dilinə tərcüməsinin mədəni əlaqələrə təkan verdiyini deyib.Fəxri qonaq qismində tədbirə qatılan Kamboca Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirinin müavini Khuon Phon Rattanak hər iki ölkə ilə diplomatik əlaqələrin 30 illiyi münasibətilə təbriklərini çatdırıb. Ölkələr arsındakı münasibətlərin gələcəkdə də bütün sahələr üzrə davam etdirilməsində Kamboca tərəfinin maraqlı olduğunu bildirən nazir müavini Azərbaycanla əlaqələrin bütün sahələrdə gündən-günə gücləndirilməsinin hökumət tərəfindən prioritet hesab edildiyini vurğulayıb.Daha sonra Kamboca və Azərbaycab mahnıları ifa olunub, milli mətbəximizin təamlarının təqdimatı keçirilib.Tədbirdə Kambocanın turizm naziri Huot Hak, bir çox dövlət qurumlarının rəhbərləri və əməkdaşları, Azərbaycanda təhsil almış kambocalılar, Kambocada fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, media nümayəndələri, azərbaycanlı və qazaxıstanlı soydaşlarımız iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see282

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see270

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see246

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see166

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see160

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see153

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see144

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see138

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see136

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see136

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see130

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see126

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri