Həm Senatda, həm də Nümayəndələr Palatasında Trampın partiyası uduzur
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, demokratlar Senatda ən azı 51 yer qazanaraq yuxarı palatada nəzarəti ələ keçirəcəklər.
Yeniavaz.com xəbər verir ki, “Bloomberg” və “Associated Press” agentlikləri, eləcə də CNN telekanalı belə proqnozlarla çıxış ediblər.
Onların və digər media qurumlarının məlumatına görə, demokratların Senata namizədləri artıq Virciniya, Rod-Aylend, Nyu-Meksiko, Nyu-Cersi, Nyu-Hempşir, Massaçusets, İllinoys, Kanzas, Corciya, Delaver, Texas, Kolorado, Oreqon və Cənubi Karolina ştatlarında, eləcə də bir sıra digər ştatlarda qələbələrini təmin ediblər.
Respublikaçı namizədlər isə Florida, Vayominq, Qərbi Virciniya, Arkanzas və bir sıra digər ştatlarda Senata seçkilərdə qələbə qazanıblar.
Qeyd edək ki, ABŞ-də seçkilərin nəticələrini elan edən vahid federal qurum yoxdur. Bu funksiyanı əsasən ölkənin aparıcı media orqanları öz üzərinə götürür. Onların proqnozlarından sonra namizədlər adətən qələbələrini elan edir və ya məğlubiyyətlərini etiraf edirlər.
Senatın hazırkı tərkibindəki 100 yerdən 53-nə ABŞ Prezidenti Donald Trampın da mənsubu olduğu respublikaçılar, 47-nə isə demokratlar və onları dəstəkləyən müstəqil senatorlar nəzarət edirlər.
Aparıcı media qurumlarının proqnozlarına əsasən, demokratlar Nümayəndələr Palatasında da nəzarəti ələ keçirəcəklər.
Qeyd edək ki, ABŞ-də aralıq seçkilər keçirilir. Amerikalılar Senatın 100 üzvündən 35-ni və Konqresin Nümayəndələr Palatasının bütün 435 üzvünü seçirlər. Bundan başqa, 36 ştatda qubernator seçkiləri də keçirilir.
Bu mövzuda digər xəbərlər:Demokratlar Partiyası ABŞ Nümayəndələr Palatasında da qalib gəlib
04 Noyabr 2026 10:50
Respublikaçılar Nümayəndələr Palatasında çoxluğu saxlamağa yaxındır
06 Noyabr 2024 15:33
Epşteyn qalmaqalı: Klintonlar Nümayəndələr Palatasında dindiriləcəklər
20 Fevral 2026 13:46
Cim Cordan Nümayəndələr Palatasında respublikaçıların yeni lideri seçilib
10 Noyabr 2026 23:45
ABŞ da güc balansı dəyişir! Nümayəndələr Palatasında uçurum genişlənir
06 Noyabr 2026 10:51
Baxış sayı:139
Bu xəbər 04 Noyabr 2026 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















