Icma.az
close
up
RU
Azərbaycan və qırğız xalqlarını ümumtürk kimliyi, ortaq mədəni dəyərləri, əsrlərdir davam edir Cavanşir Feyziyev

Azərbaycan və qırğız xalqlarını ümumtürk kimliyi, ortaq mədəni dəyərləri, əsrlərdir davam edir Cavanşir Feyziyev

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

“Azərbaycan və qırğız xalqlarını ümumtürk kimliyi, ortaq mədəni dəyərlər, əsrlərdir davam edən ədəbiyyat və sənət mübadiləsi birləşdirir. Bu gün ölkələrimiz həm ikitərəfli, həm də beynəlxalq qurumlar, xüsusilə TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Təşkilatı və Beynəlxalq Türk Akademiyası çərçivəsində uğurla əməkdaşlıq edir. Eyni zamanda ali səviyyəli qarşılıqlı səfərlər, beynəlxalq mədəniyyət layihələrində birgə iştirak xalqlarımızı daha da yaxınlaşdırır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə aprelin 20-dən 25-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində ilk dəfə keçirilən Azərbaycan Mədəniyyəti Günləri iki ölkənin mədəni əlaqələrində yeni səhifə açacaq”. Bu fikirləri Qırğızıstanda keçirilən Azərbaycan Mədəniyyət günlərində xüsusi kitab sərgisi ilə təmsil olunan Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
“Müstəqillik qazandıqdan sonra Azərbaycan Mərkəzi Asiya dövlətləri, o cümlədən Qırğızıstanla qarşılıqlı əməkdaşlıq və strateji tərəfdaşlığı xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı siyasi iradəsi və xalqlarımızın ortaq tarixi, mədəni və dini dəyərlərə əsaslanan dostluq əlaqələri sayəsində Azərbaycan-Qırğızıstan münasibətləri son illərdə iqtisadiyyat, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə daha dinamik inkişaf mərhələsinə qədəm qoyub. Bu əməkdaşlıq təkcə iki ölkənin rifahını yüksəltmək üçün deyil, həm də regionda sülhə və sabitliyin güclənməsinə töhfə vermək məqsədini daşıyır”, – deyə deputat əlavə edib.
Cavanşir Feyziyev xatırladıb ki, Azərbaycanla Qırğızıstan arasında mövcud olan dostluq və əməkdaşlığın təməlini Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və ardıcıl səyləri ilə qurulan münasibətlər təşkil edir. Müstəqillik dövrünün ilk illərində Azərbaycan qarşılıqlı hörmət və etimada əsaslanan xarici siyasət kursunu formalaşdırarkən, Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstanla əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə xüsusi diqqət ayırıb. Bu çərçivədə, 1995-ci il avqustun 27-28-də Ulu Öndər Heydər Əliyevin Qırğızıstana səfəri iki ölkənin münasibətlərinin inkişafında əhəmiyyətli səhifə açıb. Bu səfər yalnız iki ölkə arasında diplomatik əlaqələrin möhkəmlənməsi ilə deyil, həm də Azərbaycan və Qırğızıstan xalqları arasında dostluğun gücləndirilməsi, mədəni və tarixi bağların daha da möhkəmlənməsi baxımından əlamətdar olub. Heydər Əliyevin Qırğızıstanda keçirdiyi görüşlər Azərbaycanla Qırğızıstan arasında həmrəylik, qarşılıqlı dəstək və dostluq münasibətlərinin gələcək inkişafının əsasını qoyub.
Ulu Öndər Heydər Əliyev 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstana gedib və səfər çərçivəsində Bişkekdə Manas dastanının 1000 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində iştirak edib.
Bu cür sağlam təməllər üzərində bərqərar olan bugünkü münasibətləri ölkələrimiz arasındakı birlik və bərabərliyin təntənəsi olduğunu diqqətə çatdıran Cavanşir Feyziyev vurğulayıb ki, Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlət başçımızın uzaqgörən yanaşması və ardıcıl səyləri nəticəsində bu gün iki ölkə arasında əməkdaşlıq elmi, mədəni, iqtisadi, siyasi və humanitar sahələrdə daha yüksək səviyyəyə çatıb.
“Qırğızıstan Prezidenti Sadır Japarovun təşəbbüsü ilə Qırğızıstan dövləti adından işğaldan azad olan Qarabağda – Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisidir”, – deyə deputat əlavə edib.
“2024-cü ilin aprel ayında Azərbaycanda keçirilən Qırğız mədəniyyəti günləri xalqlarımızın mədəniyyətlərini paylaşmaq və bir-birini daha yaxından tanımaq baxımından mühüm hadisə olub. Bundan əlavə Bakı və Bişkek, Quba və Kant kimi şəhərlər arasında qardaşlaşma əlaqələri bərqərar olub ki, bu da regionlararası əməkdaşlığı daha da gücləndirməyə xidmət edir.
Mədəniyyətlərarası dialoq xalqlarımız arasında tarixi, elmi, ədəbi-mədəni ortaq dəyərlərin dərinləşməsinə imkan yaradır, bu da regionda sülhün və sabitliyin qorunmasına töhfə verir. Bu konteksdə mədəni-humanitar əlaqələr və regionlararası əməkdaşlıq Azərbaycan-Qırğızıstan münasibətlərinin daha da inkişaf etməsi üçün vacib bir platforma yaradır.
Azərbaycan və Qırğızıstan arasındakı münasibətlər xalqlarımızın ortaq dəyərləri və qarşılıqlı dəstəyi ilə günbəgün möhkəmlənir. Bu əlaqələr yalnız iki xalq arasında dostluq və qardaşlıq əlaqələrini gücləndirmir, həm də regional sabitliyin və tərəqqinin təmin olunmasına mühüm töhfə verir”, – deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Aprel 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri