Azərbaycan və Rumıniya Minifutbol Federasiyaları əməkdaşlıq perspektivlərini müzakirə ediblər FOTO
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov və vitse-prezident Azər Hüseynov Rumıniya Minifutbol Federasiyasının dəvəti ilə Buxarestdə keçirilən ölkə çempionatının final qarşılaşmasını izləyib.
İdman.biz xəbər verir ki, tədbirdə Rumıniya Olimpiya İdman Komitəsinin baş katibi Corc Boroy və yerli Minifutbol Federasiyasının prezidenti İoan Oniçaş da iştirak ediblər.
Görüş zamanı tərəflər minifutbolun inkişafı, qarşılıqlı əməkdaşlıq imkanları və gələcək layihələr barədə fikir mübadiləsi aparıblar. Taleh Nəsibov həmkarını Rumıniya Minifutbol Federasiyasının ölkənin Olimpiya Komitəsinə tam üzv kimi qəbul olunması münasibətilə təbrik edib. O, bu addımın minifutbolun daha geniş kütlələrə çatmasına və beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib.
İdman.biz





