Icma.az
close
up
RU
Azərbaycan və Rusiya FHN əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Azərbaycan və Rusiya FHN əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Operativmedia saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın Fövqəladə Hallar Nazirliyindən "Operativ Media"a verilən məlumata görə, görüşdə təbii və texnogen hadisələrin xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bildirilib ki, ilin əvvəlində Bakıda tərəflər arasında imzalanmış 2024-2026-cı illər üçün birgə Fəaliyyət Planı uğurla həyata keçirilir. Bu çərçivədə, azərbaycanlı mütəxəssislər Rusiya FHN-in “Lider” Xüsusi Riskli Xilasetmə Əməliyyatlar Mərkəzində olub, “Tsentrospas” dəstəsinin və Noqinsk Xilasetmə Mərkəzinin bazasında beynəlxalq axtarış-xilasetmə əməliyyatlarına dair seminarda, həmçinin “Kompleks təhlükəsizlik - 2024” XV Beynəlxalq Salondakı (Sərgidəki) tədbirlərdə iştirak ediblər. Eyni zamanda, sentyabr ayında Həştərxanda keçirilmiş Xəzər dənizinin şimal hissəsində dənizdə baş vermiş şərti qəza və neft dağılmalarının aradan qaldırılmasına dair təlimin izlənildiyi qeyd olunub. Həmçinin, il ərzində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) dəstəyi ilə Rusiya FHN-in müvafiq ali məktəbləri vasitəsilə üç birgə elmi-praktik konfrans və iki ixtisasartırma kursu keçirilib.

Görüşdə növbəti ildə də əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə gələn ilin yanvar ayının sonunda Arxangelskdə Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən “Təhlükəsiz Arktika - 2025” idarələrarası təcrübə-tədqiqat təlimlərinin keçirilməsi nəzərdə tutulur və bu təlimlərdə Azərbaycan FHN müşahidəçi qismində iştirak etmək niyyətindədir.

Rusiya FHN-in rəhbəri bildirib ki, bu, nəinki Arktikada təbii və texnogen fəlakətlərlə mübarizə sahəsində müasir yanaşma və texnologiyaları sınaqdan keçirməyə imkan verəcək, eyni zamanda bizim birgə keçiriləcək “Xəzər-2026” beynəlxalq təlimlərə hazırlıq üçün yeni maraqlı ideyalar verəcək.

Görüşdə MDB çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın böyük potensialı olduğu vurğulanıb. Belə ki, Rusiya və Belarusun Fövqəladə Hallar üzrə Dövlətlərarası Şurasının iclaslarının səviyyəsini nazirlər səviyyəsinə qaldırmaq təşəbbüsünün Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyi bildirilib. Rusiyalı nazir bildirib ki, bu, Birlik çərçivəsində qarşılıqlı əməkdaşlığa əlavə təkan verəcək.

Görüşdə Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) çərçivəsində əməkdaşlığın fövqəladə hallar sahəsində dövlətlərarası münasibətlərin mühüm aspektlərindən biri olduğu qeyd olunub. BMMT-in potensialı sayəsində Azərbaycan fövqəladə hallar orqanlarının daha da təkmilləşdirilməsinə yönəlmiş bir sıra layihələr uğurla həyata keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 25 Noyabr 2024 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see359

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see219

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see167

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see165

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see160

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see160

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see150

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see145

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see142

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see142

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see141

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see141

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri