Heç bir futbolçunu icarəyə vermək planımız yoxdur Yuri Vernidub
Icma.az, Qol.az saytına istinadən bildirir.
Misli Premyer Liqasının 18-ci turu çərçivəsində "Araz Naxçıvan" və "Neftçi" klubları ilə üz-üzə gəlib. "Liv Bona Dea Arena"da baş tutan qarşılaşmada "Neftçi" rəqibinə 4:0 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Yuri Vernidub matçdan sonra oyun barədə fikirlərini bölüşüb.
Ukraynalı mütəxəssis komandanın fiziki durumundan və tətbiq edilən yüksək pressinqdən razı qalıb. O, bu performansın sadəcə bir oyunluq olmamasını, hər matçda təkrarlanmasını istədiyini bildirib. Baş məşqçi İmad Fərəc və Cordan Rezabalanın xəstəlik səbəbindən, Freddi Varqasın isə zədə səbəbindən problemlər yaşadığını qeyd edib. Varqasın durumu barədə danışan Vernidub "Ayağına tikiş qoyublar, çox ciddi kəsik var" deyərək narahatlığını ifadə edib.
Vernidub heyətdəki rotasiyalara, Andrey Ştoqrin və Murad Məmmədovun əvəzlənməsinə də aydınlıq gətirib:
"Ştoqrin oyunun gedişində dizindən zərbə aldı. Amma buna baxmayaraq meydanda qalaraq mübarizəni davam etdirdi. Bu, həqiqətən alqışa layiqdir. Fiziki durumu o səviyyədədir ki, rahatlıqla 120–130 dəqiqə qaça bilər. Dəyişiklik istəyi də ondan gəldi və hesab bizə buna imkan verirdi.
Eyni vəziyyət Murad üçün də keçərlidir. Heyətimdə 22 futbolçu var və hamısı oynamaq istəyir. Mən də çalışıram ki, heç kim daim ehtiyatda qalmasın. Oyun praktikası məşqdən qat-qat önəmlidir. 30 dəqiqə meydanda olmaq, bir saat yarımlıq məşqdən daha faydalıdır.
Ən əsası isə odur ki, dəyişiklik üçün real resurslarımız var və meydana çıxan futbolçular özlərini doğruldurlar. Abubakarla Kurçi qol vurdu. Möhtəşəm idi"
Mütəxəssis komanda ruhunu və fiziki hazırlığın vacibliyini belə izah edib:
"Bizdə ulduz yoxdur, kollektiv var. "Hamı bir nəfər üçün, bir nəfər hamı üçün" - bizim şüarımızdır. Fiziki vəziyyətə gəldikdə, daha yaxşı olmalıyıq. Komandanın fiziki durumu yaxşı olarsa, gözəl də oynayar, yaxşı pressinq edib, hücumlar qurar. Bunların arxasında sürət dayanır. Hər bir futbolçumla fəxr edirəm".
Baş məşqçi daha öncəki "Zirə"yə qarşı oyuna hazır olmadıqları fikri ilə razılaşmayıb. O, həmin qarşılaşmada psixoloji amillərin həlledici rol oynadığını bildirib:
"Mənim üçün ən önəmlisi odur ki, futbolçuların hər biri bugünkü kimi oynamasını təmin edim. O zaman mən də sakit, səbirli olacam".
Yuri Vernidub həmçinin heç bir futbolçunu icarəyə verməyəcəyini, 22 oyunçunun hər birinə şans yaradacağını əlavə edib:
"Heç bir futbolçunu icarəyə vermək planımız yoxdur. Hazırda heyətimizdə 22 oyunçu və 4 qapıçı var. İndiyədək kimlər icarəyə göndərilibsə, bu proses artıq başa çatıb. Komandadakı bütün futbolçular oynamaq istəyir və mən hər birinə şərait yaratmağa çalışıram. Eyni zamanda “Qəbələ”yə icarəyə verilən Rza Cəfərovun çıxışlarını da diqqətdə saxlayacağıq".
Mütəxəssis növbəti turda rəqibləri olan "Qəbələ" klubuna qarşı münasibətindən danışarkən oğlunun vaxtilə orada çıxış etdiyini xatırladıb. O, "Qəbələ"yə böyük hörmət bəsləsə də, meydanda əsas hədəfinin yalnız qələbə olduğunu vurğulayıb:
"Mən o komandaya böyük hörmətlə yanaşıram, oğlum orada 3 il oynayıb. Hörmət başqa, oyun başqa. Mən "Neftçi"nin udmasını istəyirəm. "Qəbələ"nin də baş məşqçisi bunu istəyir. Onlar da oyunları udurlar, çox maraqlı matç olacaq".(sportal.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 01 Fevral 2026 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















