Azərbaycan və Sinqapur vergi inzibatçılığına dair qabaqcıl təcrübələri nəzərdən keçirib
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Sinqapurun Daxili Gəlirlər İdarəsi ilə vergi inzibatçılığının təkmilləşdirilməsinə dair qabaqcıl təcrübələri müzakirə edib. SİA bu barədə Azərbaycan tərəfinə istinadən xəbər verir.
Məlumata görə, Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Sinqapurun Daxili Gəlirlər İdarəsinin rəhbəri və baş icraçı direktoru Fuk Çuen Ou ilə videoformatda görüş keçirib. Görüşdə ikitərəfli və çoxtərəfli əlaqələrin əhatə dairəsinin genişləndirilməsi, vergi inzibatçılığı sahəsində əməkdaşlığın prioritetləri və hüquqi-normativ bazasının yaradılması müzakirə edilib. Görüş zamanı ölkələrimiz arasında vergi əməliyyatları çərçivəsində risklərin idarə edilməsi, qarşılıqlı məlumat mübadiləsi, rəqəmsal vergi inzibatçılığı, vergi fırıldaqçılığı və vergidən yayınma halları ilə effektiv mübarizə və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, vergi sahəsində ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi vurğulanıb, inzibatçılığın təkmilləşdirilməsinə dair qabaqcıl təcrübələr nəzərdən keçirilib.
O.Nəzərli F.Ç.Ounu təşkilatın Bakıda keçiriləcək 29-cu Assambleyasında iştiraka dəvət edib.
Baxış sayı:105
Bu xəbər 07 Mart 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















