Azərbaycan və Slovakiya ticarət, investisiya və “yaşıl enerji” sahələrində əməkdaşlığı genişləndirir
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan və Slovakiya arasında ticarət, investisiya və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Slovakiyanın Baş nazirinin müavini və ətraf mühit naziri Tomaş Taraba ilə görüşündə aparılıb.
Görüşdə qarşılıqlı iqtisadi münasibətlərin uğurla inkişaf etdiyi və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilib. İqtisadi əlaqələrin gücləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması məqsədilə birgə fəaliyyətin davam etdirilməsinin önəmi vurğulanıb. Azərbaycan-Slovakiya iqtisadi əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun gündəliyindəki məsələlər müzakirə edilib.
Tərəflər ticarət, investisiya və energetika sahələrində tərəfdaşlığın genişləndirilməsi, enerji keçidi və “yaşıl enerji” sektorlarında texnologiya və təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi aparıblar. Əməkdaşlıq potensialının reallaşdırılmasının ölkələrimizin iqtisadi inkişafı üçün geniş perspektivlər vəd etdiyi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 18 Noyabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















