Icma.az
close
up
RU
Azərbaycan və Somali arasında memorandum imzalanıb FOTOLAR

Azərbaycan və Somali arasında memorandum imzalanıb FOTOLAR

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Somali Federativ Respublikasının kənd təsərrüfatı və suvarma naziri Mohamed Abdi Hayirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Unikal" xəbər verir ki, qonaqları salamlayan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov, ölkədə aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illərdə qeyri-neft sektoruna göstərdiyi yüksək diqqət nəticəsində aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının inkişafını hədəfləyir və bu məqsədlə dövlət tərəfindən geniş dəstək tədbirləri həyata keçirilir.

Nazir Məcnun Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev Afrika ölkələri, o cümlədən Somali ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir. Nazir vurğulayıb ki, kənd təsərrüfatı gələcək əməkdaşlıq üçün ən perspektivli sahələrdən biridir. O, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu qeyd edib. Bu baxımdan, hər iki ölkənin biznes subyektləri arasında birbaşa əlaqələrin qurulması və ixrac potensialı yüksək olan məhsullar barədə informasiya mübadiləsinin aparılması mühüm əhəmiyyət daşıyır.

Nazir Somali tərəfini Qafqazın ən böyük kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”nun 2026-cı ildə keçiriləcək sərgisində fəal iştirak etməyə və milli pavilyonla təmsil olunmağa dəvət edib. Görüş zamanı Azərbaycanın kənd təsərrüfatı sektorunda tətbiq edilən ən son texnologiyalar və təcrübələrin Somali tərəfi ilə paylaşılmağa hazır olduğu vurğulanıb. Eyni zamanda, Somalidən olan tələbələr Azərbaycan Dövlət Aqrar Universitetində təqaüd proqramları çərçivəsində təhsil almağa dəvət olunub.

Somali Federativ Respublikasının kənd təsərrüfatı və suvarma naziri Mohamed Abdi Hayir öz növbəsində ölkəsinin Azərbaycanla bütün sahələrdə tərəfdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Nazir kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş potensialın mövcudluğunu vurğulayıb. Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər.
İkitərəfli görüş zamanı Azərbaycan və Somali arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Somalinin kənd təsərrüfatı və suvarma naziri Mohamed Abdi Hayir imzalayıblar.

Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılması, kənd təsərrüfatı sahəsində qarşılıqlı maraq doğuran prioritet istiqamətlər üzrə birgə investisiya layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı torpaqlarının səmərəli istifadəsi,  ticarət dövriyyəsinin artırılması məqsədilə ixrac potensiallı kənd təsərrüfatı məhsulları barədə məlumat mübadiləsi, kənd təsərrüfatı sahəsində rəqəmsallaşdırma, aqrar sığorta sahəsində təcrübənin paylaşılması, suvarma  suyunun idarə edilməsində qabaqcıl təcrübələrin inkişafı və mübadiləsi, kənd təsərrüfatı sahəsində elmi və texnoloji yeniliklərin mübadiləsi, aqrar sahədə təlim və seminarların təşkili, aqrar tədqiqat, kənd təsərrüfatı infrastrukturunun inkişafı, ticarət missiyalarının təşkili, özəl sektorun işgüzar tədbirlərə cəlb olunmasının təşviqi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.
 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 May 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri