Icma.az
close
up
RU
AzMİU və KNUBA arasında memorandum imzalanıb FOTOLAR

AzMİU və KNUBA arasında memorandum imzalanıb FOTOLAR

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycanda səfərdə olan Ukraynanın aparıcı ali təhsil müəssisələrindən biri – Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru, texnika elmləri doktoru, professor Aleksey Dniprovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.

"Unikal" xəbər verir ki, səfər çərçivəsində AzMİU-da iki universitet arasında əməkdaşlıq perspektivlərinə həsr olunmuş geniştərkibli görüş keçirilib. Görüşdə AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova universitetin fəaliyyəti, beynəlxalq əlaqələri, elmi potensialı, müasir tədris imkanları və strateji inkişaf istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib.

Professor Gülçöhrə Məmmədova çıxışında bildirib ki, WUF13 kimi nüfuzlu qlobal platformanın Bakıda keçirilməsi Azərbaycan üçün olduğu qədər, ölkənin aparıcı memarlıq və inşaat ali təhsil müəssisəsi olan AzMİU üçün də xüsusi əhəmiyyət daşıyır. Rektor vurğulayıb ki, forum şəhərsalma, dayanıqlı inkişaf, innovativ urban yanaşmalar və beynəlxalq akademik əməkdaşlıq baxımından yeni imkanlar yaradır.

AzMİU rektoru qeyd edib ki, universitet Azərbaycanın memarlıq, inşaat mühəndisliyi, şəhərsalma, dizayn, mühəndis kommunikasiya sistemləri və texnologiya sahələri üzrə aparıcı ali təhsil müəssisəsi kimi ölkənin inkişaf prioritetlərinə uyğun yüksəkixtisaslı kadr hazırlayır. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və quruculuq layihələri bu istiqamətlər üzrə mütəxəssislərə olan tələbatı daha da artırıb və AzMİU bu prosesdə elmi və akademik potensialı ilə fəal iştirak edir.

Professor Gülçöhrə Məmmədova Azərbaycanın postmünaqişə dövründə qazandığı şəhərsalma təcrübəsindən də bəhs edərək qeyd edib ki, azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında tamamilə yeni yaşayış məkanları formalaşdırılır, müasir infrastruktur yaradılır, şəhər və kəndlərin baş planları hazırlanaraq icra olunur. Bu prosesin həm elmi, həm də praktiki baxımdan gələcək mütəxəssislər üçün mühüm təcrübə məktəbi olduğu vurğulanıb.

Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru, professor Aleksey Dniprov isə çıxışında WUF13-ün beynəlxalq akademik ictimaiyyət üçün mühüm dialoq platforması olduğunu bildirib. O qeyd edib ki, müasir dünyada şəhərsalma, davamlı tikinti və urban təhlükəsizlik məsələləri yalnız lokal deyil, qlobal əməkdaşlıq tələb edən çağırışlardır və bu baxımdan Bakıda keçirilən forum xüsusi əhəmiyyət daşıyır.

Professor Aleksey Dniprov AzMİU ilə əməkdaşlığa böyük önəm verdiklərini bildirərək deyib ki, universitetlər arasında münasibətlər yalnız formal tərəfdaşlıq deyil, real akademik nəticələr doğuran davamlı əməkdaşlıq modeli olmalıdır. O, Ukraynada müharibənin yaratdığı ağır nəticələr, infrastrukturun dağıdılması və yenidənqurma ehtiyaclarının memarlıq və inşaat təhsili üçün yeni çağırışlar formalaşdırdığını qeyd edib. Azərbaycanın postmünaqişə dövründə bərpa və yenidənqurma təcrübəsinin bu baxımdan Ukrayna üçün də maraqlı və faydalı olduğunu vurğulayıb.

Görüş zamanı tərəflər memarlıq, inşaat mühəndisliyi, şəhərsalma, elmi-tədqiqat fəaliyyəti, müəllim və tələbə mübadiləsi, birgə akademik proqramlar, beynəlxalq layihələr və ikili diplom imkanları üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Müzakirələrin yekununda Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Kiyev Milli İnşaat və Memarlıq Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum iki universitet arasında müəllim və tələbə mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası, beynəlxalq konfrans və seminarların təşkili, ortaq akademik proqramların hazırlanması, innovativ tədris və idarəetmə təcrübələrinin paylaşılması, eləcə də ikili diplom proqramlarının inkişafı istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.

Görüş çərçivəsində qonaq nümayəndə heyəti AzMİU-nun tədris korpusları, laboratoriyaları və müasir infrastruktur imkanları ilə də tanış olub.

Qeyd edək ki, bu Memorandum WUF13 çərçivəsində formalaşan beynəlxalq akademik tərəfdaşlıqların genişlənməsi, AzMİU-nun qlobal elmi-təhsil məkanında mövqeyinin möhkəmləndirilməsi və gələcək birgə layihələr üçün yeni imkanların yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 May 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri