Icma.az
close
up
RU
Azərbaycan və Somali arasında mühüm əhəmiyyət kəsb edən əməkdaşlıq

Azərbaycan və Somali arasında mühüm əhəmiyyət kəsb edən əməkdaşlıq

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, Somali Prezidentinin ölkəmizə səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı. Belə ki, səfər zamanı imzalanmış sənədlər hər iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq etməkdə qarşılıqlı iradəsini aydın şəkildə ortaya qoydu. Prezident İlham Əliyev vurğuladı ki, Bakıdakı görüşdə əldə edilən razılaşmalar mütləq həyata keçiriləcək və Azərbaycan-Somali münasibətlərini daha yüksək səviyyəyə qaldıracaq. Hər iki ölkənin geosiyasi vəziyyəti, üzləşdiyi çağırışlar və ərazi bütövlüyünə qarşılıqlı dəstək məsələləri müzakirə edildi. Bundan əlavə, terrorçuluq və ekstremizmə qarşı birgə mübarizənin vacibliyi bir daha təsdiqləndi. Ölkə başçısı bir daha hər bir ölkə üçün siyasi sabitliyin inkişafı təmin edən ilkin şərt olduğunu qeyd edərək, Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuda 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə məlumat verdiyini bildirdi. Əlbəttə ki, bu öz müstəqilliyini, ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etmək istəyən hər bir ölkə üçün, dövlət üçün bariz nümunədir.

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan və Somali arasında təhsil sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev ölkəmizin təhsil sahəsindəki təcrübəsini bölüşərək, gələcəkdə bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etdi. Azərbaycan hazırda bir neçə somalili tələbəyə Heydər Əliyev adına təqaüdlə təhsil almaq imkanı yaradır və yeni imzalanmış sənəd bu sayın artırılmasına şərait yaradacaq. İlkin mərhələdə on tələbənin Azərbaycanda təhsil alması nəzərdə tutulur və gələcəkdə bu sayın daha da artırılması mümkündür. Azərbaycanın universitetlərində müasir təhsil proqramlarına çıxış əldə edən somalili tələbələr ölkələrinin iqtisadi inkişafına töhfə verə biləcəklər.

Həmçinin, görüş zamanı Azərbaycan və Somali arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu. Prezident İlham Əliyev Azərbaycanın Somalidə sərmayə imkanlarını araşdırdığını qeyd etdi. Prezident Mahmudun rəsmi səfərindən öncə Azərbaycanın nümayəndə heyəti Somaliyə səfər edərək iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı üçün ilkin addımları atmışdır. Bu əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı, liman infrastrukturu və digər sahələrdə konkret investisiya layihələrinin reallaşdırılması planlaşdırılır. Azərbaycanın kənd təsərrüfatı sahəsində özünü təmin edən sistem yaratmaq üzrə təcrübəsi Somali üçün də faydalı ola bilər.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan və Somali arasında müdafiə sahəsində əməkdaşlıq da vacib istiqamətlərdən biridir. Azərbaycan hazırda öz müdafiə avadanlıqlarını istehsal edir və bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək niyyətindədir. Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı nümayiş etdirdiyi yüksək hərbi peşəkarlıq Somalinin də maraq dairəsindədir. Gələcəkdə iki ölkə arasında müdafiə avadanlıqlarının birgə istehsalı və hərbi təlimlərin keçirilməsi istiqamətində əməkdaşlığın gücləndirilməsi gözlənilir. Azərbaycan və Somali beynəlxalq təşkilatlarda da bir-birinə dəstək göstərməkdə davam edəcək. Prezident İlham Əliyev iki ölkənin BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birini dəstəkləməsinin vacibliyini vurğuladı. Bu əməkdaşlıq hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir, çünki beynəlxalq arenada güclü tərəfdaşlara malik olmaq siyasi və iqtisadi maraqların qorunmasında mühüm rol oynayır.

Bakı Görüşü həm də imzalanmış sənədlər baxımından da əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu; Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu; Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş; Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Sazişin imzalanması iki ölkə arasında iqtisadi, siyasi, müdafiə və sosial sahələrdə əlaqələrin dərinləşməsinə mühüm töhfə verəcəkdir.

Ən əsası, Azərbaycan və Somali arasında strateji tərəfdaşlıq münasibətləri daha da möhkəmlənəcək və qarşılıqlı faydalı əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaqdır.

Vaqif Sadıqov,

YAP Göygöl rayon təşkilatı üzrə Çaykənd kənd ərazi partiya təşkilatının fəal üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Fevral 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri