Azərbaycan və Tailand XİN ləri ilk siyasi məsləhətləşmələri keçirməyə hazırlaşır KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri ilk siyasi məsləhətləşmələri keçirməyə hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə Tailand Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, məsələ Tailand XİN-in katibi Eksiri Pintaruçi ilə Azərbaycanın səfiri Elçin Bəşirov arasında keçirilən görüşdə müzakirə olunub.
Qurumdan qeyd edilib ki, tərəflər ilk siyasi məsləhətləşmələrə hazırlığı, həmçinin Azərbaycanın Banqkokda səfirliyinin açılmasını müzakirə ediblər. Hər iki tədbir yaxın vaxtlarda baş tutmalıdır.
Bildirilib ki, Azərbaycan tədbirlərdə xarici işlər nazirinin müavini səviyyəsində təmsil olunacaq.
Tərəflər, həmçinin iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunublar.
Baxış sayı:44
Bu xəbər 05 Sentyabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















