Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə parlament aparatları arasında əməkdaşlığın perspektivləri müzakirə olundu YENİLƏNİB

Azərbaycan və Türkiyə parlament aparatları arasında əməkdaşlığın perspektivləri müzakirə olundu YENİLƏNİB

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankarada səfərdə olan Milli Məclis Aparatının nümayəndə heyəti yanvarın 14-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş katibi Talip Uzunla görüşüb.

Redaktor.az xəbər verir ki, görüşdə iki qardaş ölkənin münasibətlərinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” prinsipi əsasında inkişafından söhbət açılıb.

Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev səfərə dəvətə görə həmkarına təşəkkürünü bildirib, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 33-cü ildönümü münasibətilə təbriklərini çatdırıb.

O, Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzunla görüşlərini xatırlayaraq, parlament aparatları arasında əlaqələrin inkişafının qanunverici orqanların daha səmərəli əməkdaşlığının qurulmasına öz töhfəsini verəcəyinə inamını ifadə edib. Fərid Hacıyev parlamentin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Milli Məclisdə aparılmış islahatlar və Aparatın fəaliyyət istiqamətləri barədə danışıb.

Söhbət zamanı iki ölkənin parlamentləri arasında imzalanmış əməkdaşlıq haqqında sazişin əhəmiyyəti qeyd edilib, həmin sənəddə parlament aparatları arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin də yer aldığı diqqətə çatdırılıb, aparatlar arasında əməkdaşlığın perspektivləri barədə danışılıb.

Sonra nümayəndə heyəti TBMM Katibliyinin beş şöbəsi ilə görüş keçirib. Görüşdə qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyəti qeyd edilib, məruzələr dinlənilib. Şöbə müdirləri öz şöbələrinin fəaliyyəti haqqında geniş təqdimatla çıxış ediblər.

Azərbaycan parlament nümayəndə heyətinin Ankaraya səfəri davam edir.

Yanvarın 14-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevin rəhbərliyi ilə Azərbaycan Parlamenti Aparatının nümayəndə heyətinin Ankaraya səfəri başlayıb.

Redaktor.az xəbər verir ki, nümayəndə heyətinə Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov, Aparatın Redaksiya və nəşr işləri şöbəsinin müdiri Hafiz Babayev, Aparat rəhbəri xidmətinin Məhkəmə hakimiyyəti orqanları ilə əlaqələr sektorunun müdiri Nazir Bayramov və Aparat rəhbərinin köməkçisi İlham Həsənov daxildirlər.

Nümayəndə heyətinin üzvləri əvvəlcə Ankarada “Anıtkabir”i ziyarət ediblər, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla anaraq, abidə önünə gül dəstəsi qoyublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Yanvar 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri