Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə arasında aqrar sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan və Türkiyə arasında aqrar sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva Türkiyənin Kənd Təsərrüfatı Müəssisələri Baş İdarəsinin müdiri Həsən Gezginç və Türkiyənin Azərbaycandakı Səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Hakan Kalender ilə görüşüb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, görüşdə iki ölkə arasında aqrar sahədə mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq təşkilatlarla birgə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

M.Əliyeva Azərbaycan və Türkiyə əlaqələrindən, Toxumçular Assosiasiyasının fəaliyyətindən, o cümlədən aqrar sahənin inkişafından, əlverişli investisiya mühitindən, sahibkarlar üçün yaradılan şəraitdən danışıb. Assosiasiya sədri həmçinin aqrar sahədə mövcud problemlərdən, qarşıda duran vəzifələr haqqında da məlumat verib.

Görüşdə icra ediləcək layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Milli.Az

seeBaxış sayı:31
embedMənbə:https://news.milli.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri