Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə prosesi paralel aparır

Azərbaycan və Türkiyə prosesi paralel aparır

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

Qəbələdə ermənilərlə görüş baş tutdu, eyni gündə Türkiyə-Ermənistan nümayəndələri də görüş keçirib

Noyabrın 28-də Azərbaycan Respublikasının Qəbələ şəhərində Baş nazirin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan-Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşü keçirilib. Dövlət Komissiyasının Katibliyi məlumat yayıb ki, komissiyaların 12-ci görüşü tərəflərdən birinin ərazisində - Azərbaycanın Qəbələ şəhərində keçirilib. Görüş zamanı tərəflər 16 yanvar 2025-ci il tarixində keçirilmiş 11-ci görüşün yekunları üzrə əldə olunmuş, delimitasiyası üzrə kompleks işlərin dövlət sərhədinin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə, razılaşmanı qeyd ediblər. Tərəflər delimitasiya tədbirləri ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar. Həmçinin delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair müvafiq təlimat layihələri müzakirə olunub. Baş nazirin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparıblar. Tərəflər növbəti görüşün tarixini iş qaydasında, Ermənistan Respublikasının şəhərlərindən birində müəyyən etmək barədə razılığa gəliblər. 

Azərbaycan-Ermənistan sülh prosesində yalnız regional deyil, həm də qlobal güclər maraqlıdır. Cənubi Qafqazın strateji əhəmiyyəti son illərdə daha da artıb və bu prosesdə Azərbaycan aparıcı aktorlardan birinə çevrilib. Regionda baş verən dəyişikliklər, xüsusilə də müharibədən sonra yaranmış yeni reallıqlar sülh prosesinin istiqamətini müəyyən edən əsas amillərdir. Xüsusən, Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın Bakıya səfəri regionda sülh prosesinin növbəti mərhələyə keçdiyinin göstəricisi kimi qiymətləndirilir. Artıq iki ölkə arasında QHT nümayəndələrinin qarşılıqlı səfərləri, eləcə də danışıqların vasitəçisiz aparılması tərəflərin münasibətlərinin normallaşmasında mühüm addım hesab olunur. 

Qeyd edək ki, noyabrın 21-22-də "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub. Səfər zamanı qarşılıqlı anlaşmanın inkişafı və mümkün birgə layihələrin müzakirəsi aparılıb, media əməkdaşlığının gücləndirilməsi və ekspertlər arasında birbaşa əlaqələrin qurulması barədə razılıqlar əldə olunub. Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin görüşü dövlətlərarası diplomatiyadan ictimai əsaslı sülhyaratmaya keçidi təmsil edir və iki ölkə arasında barışığın təşviqinə yönəlib. Bu hadisə ikitərəfli dialoqa vətəndaş cəmiyyətinin birbaşa cəlb olunması ilə sülh prosesində yeni mərhələni ifadə edir. 

Xatırladaq ki, noyabrın 18-də ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib. Görüş Azərbaycan və Ermənistan parlament sədrləri arasında 2025-ci il oktyabrın 21-də Cenevrədə aparılmış müzakirələr çərçivəsində əldə olunmuş razılaşma əsasında baş tutub. Görüşdə Vaşinqton sammitinin müsbət rolu qeyd edilib, əldə edilmiş razılaşmalar və Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi istiqamətində atılan növbəti addımlar, habelə hər iki ölkənin parlamentlərinin bu prosesə dəstəyinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı iki ölkə arasında həyata keçirilən etimadın artırılması tədbirlərində parlamentlərin roluna toxunulub, həmçinin parlament üzvləri arasında beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv dialoqun vacibliyi vurğulanıb. 

Həmçinin, Ermənistanın Konstitusiyasına dəyişikliklərlə bağlı proses sürətlənməkdədir və rəsmi açıqlamaya görə, sənədin yeni mətni 2026-cı ilin martına qədər hazır olmalıdır. Bu isə regionda mühüm sualı gündəmə gətirir. Ermənistan çox yaxşı anlayır ki, öz əsas qanunverici aktı olan Konstitusiyasında ciddi dəyişikliklər etməlidir. İlk növbədə, sənəddə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar çıxarılmalıdır. Bundan başqa, Baş nazir Nikol Paşinyanın da qeyd etdiyi kimi, Konstitusiyanın bir sıra müddəaları nə tərkib, nə də məzmun baxımından indiki dövrün reallıqlarına uyğun gəlir. Azərbaycan üçün isə əsas diqqət mərkəzində məhz ərazi iddiaları ilə bağlı müddəanın aradan qaldırılması dayanır. Nazir də, baş nazir də müəyyən açıqlamalar verə bilər, amma biz bu məsələnin sülh müqaviləsinin imzalanması üçün fundamental şərt olduğunu birmənalı şəkildə ifadə etmişik. Sadəcə olaraq bildiririk ki, sülh müqaviləsinin imzalanması üçün xoş məram, normal siyasi atmosfer, münasib şərait və ən əsası qarşılıqlı etimad mütləq təmin olunmalıdır. Hələlik isə Ermənistanın bu istiqamətdə real hazırlıq göstərdiyini müşahidə etmirik. Bu vəziyyət Ermənistan daxilindəki siyasi çəkişmələr, geosiyasi təsir uğrunda mübarizə, iqtidar–müxalifət qarşıdurması və ümumi sabitlik çatışmazlığından qaynaqlanır. Seçkiöncəsi dövrdə sabitliyin yaranması çətin görünə bilər, amma bu, Ermənistanın məsuliyyət daşıdığı proseslərdən yayınmasına bəhanə ola bilməz. Əksinə, Ermənistan bütün bu məsələlərlə ciddi şəkildə məşğul olmalıdır.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan Birgə komissiyanın iclasının Qəbələdə baş tutması və Ermənistanın Baş nazirinin müavini M.Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfər etməsi önəmli hadisədir. Siyasi şərhçinin sözlərinə görə, iki ölkə arasında sayca 12-ci iclasın sərhəddə deyil, Qəbələdə keçirilməsini iki ölkə arasında əlaqələrin inkişafında mühüm addım kimi xarakterizə etmək olar: "Eyni gündə Türkiyə-Ermənistan nümayəndələri də görüş keçirib. Azərbaycan və Türkiyə prosesi paralel aparır. Bu da tərəflər arasında qarşılıqlı etimadı inkişaf etdirir. Artıq məlumat verilib ki, növbəti birgə komissiyanın növbəti iclası Ermənistanda keçiriləcək. Azərbaycan nümayəndə heyətinin bu ölkəyə səfər etməsi gözlənilir. Qarşılıqlı səfərlərin təşkili Rusiyanın proseslərə mane olmasını neytrallaşdırır. Hazırda Rusiya Ermənistana "demokratik" imicinə girmiş ictimai şəxsləri göndərərək Qarabağ məsələsini "unutmamağı" təbliğatını aparır. Bir növ Rusiya öz ənənəvi siyasətindən geri addım atmaq istəmir. İki ölkə arasında sülh prosesinə zərbə vurmağa çalışır. Azərbaycan və Ermənistan Rusiyanın regionda mövqeyini zəiflətmək üçün ciddi addımlar atacaqsa, "yekun sülh" sülh müqaviləsinin imzalanması prosesi tez baş tutacaq. Təbii ki, Ermənistanda keçiriləcək parlament və Konustitusiya referendumundan sonra baş tutacaq. Azərbaycan və Ermənistan arasında dövlətlər arasında xeyli irəliləyiş əldə edilir. İki ölkə arasında anklavlarla bağlı məsələlər də prinsipcə həllini tapıb. Ermənistanda parlament seçkilərindən sonra prosesin başlanması gözlənilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Dekabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see353

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see314

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see278

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see272

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see270

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see254

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see254

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see251

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see238

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see236

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see228

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see224

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see222

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see221

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see214

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see212

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see210

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see210

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see188

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri